Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:32

Obama: «Rusiya bəzi qonşularına təhlükə törədir»


Hollandiya - ABŞ prezidenti Barak Obama Haaqada Nüvə Təjhlükəsizliyi sammitindən sonrakı mətbuat konfransında, 25 mart, 2014
Hollandiya - ABŞ prezidenti Barak Obama Haaqada Nüvə Təjhlükəsizliyi sammitindən sonrakı mətbuat konfransında, 25 mart, 2014
-
ABŞ prezidenti Barak Obama deyib ki, beynəlxalq ictimaiyyətin böyük əksəriyyəti Krımın anneksiyasını qəbul etmir.

ABŞ prezidentinin sözlərinə görə, Krıma rus ordusu nəzarət edir, onun güc yolu ilə oradan çıxarılması da gözlənilən deyil. Buna görə də beynəlxalq ictimaiyyət hüquqi və diplomatik arqumentlər, siyasi təzyiq və iqtisadi sanksiyalarla Rusiyanın anneksiyanın bədəlini ödəməsinə çalışacaq.

Obama Haaqada Nüvə Təjhlükəsizliyi sammitindən sonrakı mətbuat konfransında Rusiyanın Ukrayna sərhədi yaxınlığına qoşun yığmasına münasibət bildirərkən deyib ki, düzdür, hazırda həmin qüvvələr Rusiya torpağındadır, amma ABŞ bir qorxutma, hədə cəhdi kimi buna qarşı çıxır.

ABŞ prezidenti düşünmür ki, Rusiyanın Ukraynanın yeni ərazilərinə girməsi ehtimalı tam realdır. Onun fikrincə, sadəcə, Rusiya götür-qoy edir, onun qərarına ABŞ və Avropanın Krım böhranına münasibətdə nə dərəcədə vahid mövqe sərgiləməsi təsir edəcək.

Obama deyib ki, Ukraynadakı ruslar və rusdillilərə təhlükənin mövcud olması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir. Onun fikrincə, bu məsələdə Kosovo ilə analogiya aparmaq yersizdir, çünki orada minlərlə insan hökumət tərəfindən qətlə yetirilmişdi.

Prezident bildirib ki, Rusiya bir regional güc olaraq özünün bəzi qonşularına təhlükə törədir. Amma bu onun güclü olduğunu yox, zəifliyini göstərir.

Onun sözlərinə görə, Rusiya onilliklər boyu Ukraynada böyük nüfuza malik olub, amma indi beynəlxalq qanunları pozub oraya qoşun yeritməsi onun oradakı nüfuzunun azalmasını göstərir.

ABŞ prezidenti bildirib ki, NATO-dan kənardakı digər həmsərhəd ölkələr üçün də Ukrayna üçün elədiklərini edəcəklər. Yəni müdafiə məqsədilə beynəlxalq təpkini artıracaqlar. Bundan başqa həmin ölkələrə iqtisadi yardım göstərəcklər.
XS
SM
MD
LG