Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:32

NİDA üzvü: «MTN-də yarım saat filmə baxdıq»


NİDA-çıların həbsindən 1 il ötür
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

NİDA-çıların həbsindən 1 il ötür

-
Martın 28-də NİDA-çıların işi üzrə məhkəmə prosesi davam edib. Budəfəki prosesin əvvəlkilərdən bir fərqi vardı - məhkəməyə uşaqlar da gətirilmişdi.

NİDA-çı Zaur Qurbanlı altı aylıq qardaşı qızı, Rəşadət Axundov isə həbsdə olarkən doğulan oğlu ilə dəmir barmaqlıqlar arxasından görüşüblər.

«BİR ANLIQ NƏFƏSİM DAYANDI»

Əvvəlcə Şahin Novruzlu ifadə verib. O, NİDA-ya necə üzv olmasından danışıb:
«Prezident çıxışında demişdi ki, ölkədə məmur özbaşınalığı var. Mən də düşündüm ki, bu, olmamalıdır. İnqilabın haqsızlıqla mübarizə və insanların yaxşı yaşaması üçün nəzərdə tutulduğunu düşünürdüm. Buna görə də mən mübarizə yolu axtardım. «Facebook»da «Vendetta» ləqəbli biri ilə danışırdım. O, mənə NİDA-ya üzvlük anketi yolladı və beləcə ora üzv oldum».

Şahin Novruzlu MTN-də ondan necə ifadə alınmasından da danışıb:

«Mən otağa saldılar. Yarım saat filmə baxdıq. Sonra məndən ilkin ifadə alındı. Bu ifadəmdə fikirlərimi təhrif elədirlər. Ertəsi gün yenə də ifadə almaq üçün otağa gətirdilər. Sonra bir nəfər içəri daxil oldu və sinəmə zərbə endirdi. Bir anlıq nəfəsim dayandı. Bildirdilər ki, onlar deyəni etməsəm, ailəmə zərər yetirəcəklər. Mən təqsirsiz olduğumu bildirdim. Onlar ifadələrimi təhrif edib yazırdılar. Növbəti dindirmələrdə qarşıma yazılmış kağız qoydular, dedilər imzala, bu, sənin xeyirinədir».

«PULLAR AMPUTASİYA ÜÇÜN İDİ»

Şahin Novruzlu ifadəsinin ardından vəkil və prokurorun suallarını cavablandırıb. Daha sonra onun atası İbrahim Novruzlu əlavə şahid qismində ifadə verdi. İbrahim Novruzlu evlərində axtarış aparılmasından və evindən götürülən 90 min manatdan danışdı:

«Evə gəldilər, hər yeri axtardılar. Bizimlə çox kobud danışırdılar. Onlar evə girəndən sonra evdən benzin iyi gəlməyə başladı. Məndən evdəki seyfi açmağımı tələb etdilər. Açdım, pullarım vardı. Onlar əvvəlcə pullara dəymədilər. Gedəndən sonra yarı yoldan geri qayıdıb pulları da götürdülər. Mən vermək istəmirdim, pulları borc almışdım. Düzünü bilmək istəyirsinizsə, o pulları ayağımın amputasiyası üçün almışdım. Pulları hələ də qaytarmayıblar».

Məhkəmə fasilədən sonra təqsirləndirilənlərin ifadəsi ilə davam edib.

Gənc fəallar ötən ilin mart-aprel aylarında saxlanıblar. Onlar qanunsuz partlayıcı və narkotik maddələr saxlamaqda, habelə kütləvi iğtişaşlara hazırlaşmaqda ittiham olunurlar.
XS
SM
MD
LG