Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:35

Erdoğan-ın Azərbaycana səfərinin əsas səbəbi Gülen olub


Arxiv foto: Türkiyənin Baş naziri Recep Tayyip Erdogan (solda) və Azərbaycan prezidenti İlham Əliyev.
Arxiv foto: Türkiyənin Baş naziri Recep Tayyip Erdogan (solda) və Azərbaycan prezidenti İlham Əliyev.
Moskva Carnegie Mərkəzinin Yaxın Şərq üzrə araşdırmaçısı Bayram Balcı yazır ki, Türkiyənin baş naziri Recep Tayyib Erdoğan-ın seçkidən dərhal sonra Azərbaycana səfəri Ankara və Bakı arasındakı siyasi, iqtisadi və təhlükəsizlik münasibətlərinin mühümlüyünü göstərir.

Təhlilçi vurğulayır ki, Azərbaycanı və Türkiyəni birləşdirən neft kəmərlərindən başqa iki ölkə arasında başlıca məqam regiondkı təhlükəsizliyə eyni baxışdır.

Müəllifin fikrincə, Türkiyənin bütün keçmiş türkdilli sovet respublikalarını “Türk İttifaqı”nda birləşdirmək təşəbbüsünün də ən böyük dəstəkçisi Azərbaycandır:

“Bununla belə, belə görünür ki, Erdoğanın səfərinə başqa bir məsələ - Fethullah Gülen tərəfdarlarının bu balaca, lakin neftlə zəngin ölkədə geniş və uğurlu yayılması səbəb olub”.

Təhlilçi yazır ki, Erdoğan-ın Gülen-in nüfuz və qüvvəsinə qarşı mübarizəsi Türkiyə sərhədlərini çoxdan aşıb.
Azərbaycan – fethullaçılığın vətəni
Bayram Balcı-nın fikrincə, Azərbaycan Gülen hərəkatı üçün həmişə böyük əhəmiyyətə malik olub, çünki bu hərəkat məhz buradan başlayaraq uğurla yayılıb. Məhz burada Qafqazda və Mərkəzi Asiyadakı inkişafı fethullahçılığı dünyanın 130 ölkəsində bərqərar olmuş ən böyük transmilli islamçı hərəkata çevirib.

Təhlilçi qeyd edir ki, Gülen-in yetişdirmələri və ona rəğbət bəsləyənlər Azərbaycanda çoxsaylı bizneslərə və təhsil şirkətlərinə rəhbərlik edirlər.
Azərbaycan Gülen hərəkatı üçün həmişə böyük əhəmiyyətə malik olub, çünki bu hərəkat məhz buradan başlayaraq uğurla yayılıb. Məhz burada Qafqazda və Mərkəzi Asiyadakı inkişafı fethullahçılığı dünyanın 130 ölkəsində bərqərar olmuş ən böyük transmilli islamçı hərəkata çevirib.


Müəllif 15 belə təhsil ocağının arasında Qafqaz Universitetini və 20-dək “Araz” hazırlıq məktəbələrinin mövcudluğuna diqqət çəkir.

Bundan əlavə, məqalədə qeyd olunur ki, “Zaman Azərbaycan” qəzeti, Bürc FM radiosu və müəllifin adını çəkmədiyi bir telekanal Gülen hərəkatının nəzarətindədir.

Bayram Balcı-nın fikrincə, Azərbaycan və Türkiyə cəmiyyətləri arasındakı sıx münasibətlər iki ölkə arasındakı əlaqələrdə mühüm rol oynayan “Türkiyə-Azərbaycan Gülen icması”nın yetişməsinə imkan yaradıb.

20 ildən çox müddətdə Azərbaycanda dinamik fəaliyyətdə olan Gülen məktəbləri cəmiyyətin və dövlət qurumlarının içində mühüm mövqelər tutan yeni elitar nəsil yetişdirib.

Balcı yazır ki, Gülen hərəkatının təhsil sahəsindəki fəaliyyətinə daim dəstək vermiş Azərbaycan hakimiyyəti, bu hərəkatla hər hansı üzvi və ya siyasi əlaqələrini inkar edir və bildirir ki, hərəkat Azərbaycan üçün bir növ ilham mənbəyi olub.
Məxfiliyi hərəkatı qorxulu edir

Təhlilçi bunu da əlavə edir ki, Bakı bəzi hallarda, xüsusən də hərəkatın fəaliyyətindəki məxfilik aspekti ilə bağlı narahatlığını da dilə gətirib:

“Üstəlik, Azərbaycan bir sıra başqa ölkələr kimi AKP 2002-ci ildə hakimiyyətə gələrkən Gülen və Erdoğan arasında mövcud olmuş aşırı həmrəylikdən narahatlıq keçirib. Bir çox post-sovet elitaları bu alyansın onların ölkələrində siyasi İslamın yüksəlişinə rəvac verəcəyini düşünüb və hərəkatı bu mənada inkar edib. Gülen məktəblərinin Rusiya Federasiyasında və Türkmənistanda bağlanmasına, Azərbaycanda isə ciddi nəzarətə götürülməsi də bununla bağlıdır”.

Müəllif yazır ki, Gülen və Erdoğan arasında parçalanma hərəkat üçün onun geniş yayıldığı ölkələrdə xoşagəlməz yeni fəsil açıb, çünki hərəkatın indiyədək belə uğurlu olmasını məhz bu iki şəxs arasındakı müttəfiqlik təmin edirdi.

Məqalədə deyilir ki, ötən ilin dekabrında Erdoğan “parallel dövlətə” qarşı müharibə elan edənədək Türkiyə fethullahçılara az qala diplomatik toxunulmazlıq vermişdi.
Azərbaycandakı Gülen qurunları bağlanacaq
Bayram Balcı yazır ki, Bakıda İlham Əliyev və Recep Tayyib Erdoğan-ın birgə keçirdikləri mətbuat konfransında da başlıca suallar Gülen hərəkatına aid olub.
Müəllif nəticəyə gəlir ki, iki siyasətçi bu suallara yayğın cavablar versələr də, Gülen hərəkatının Azərbaycandakı “qızıl dövrü”nün sona yaxınlaşdığına kifayət qədər aydın işarə ediblər.
Gülen məktəblərinin bağlanması Azərbaycanda onsuz da keyfiyyətsiz və korrupsiyaya bulaşmış təhsil sisteminə mənfi təsir göstərə bilər.

Bununla belə, Balcı-nın fikrincə, hərəkatın ayağını ölkədən kəsmək o qədər də asan olmayacaq və Azərbaycan üçün insan haqları sahəsindəki baş ağrısını daha da artıracaq.

Məqalədə deyilir ki, Bakı Gülen hərəkatının nüfuzunu məhdudlaşdırmaq sahəsində artıq ilk addımlarını atıb, beynəlxalq Qafqaz Universitetinin kuratorluğu SOCAR dövlət neft şirkətinə verilib, hərəkata bağlılıqda şübhəli bilinən Prezident Administrasiyasının rəsmisi Elnur Aslanov vəzifəsindən uzaqlaşdırılıb:

“Aydındır ki, Azərbaycandakı başqa Gülen qurumları da bağlanacaq”.

Azərbaycanın korrupsiyalı təhsili zərər çəkəcək
Bayram Balcı-nın fikrincə, Gülen məktəblərinin bağlanması Azərbaycanda onsuz da keyfiyyətsiz və korrupsiyaya bulaşmış təhsil sisteminə mənfi təsir göstərə bilər.

Lakin təhlilçi düşünür ki, Azərbaycanda Gülen davamçılarına qarşı mübarizə təhlükəli ola bilər, belə ki hərəkata rəğbətli olanlar çox geniş miqyasda yayılıblar.

Bayram Balcı yazır ki, qisasçılıq ruhu güclü olan Erdoğan-ın Azərbaycana səfərindən əsas məqsəd Bakını Gülen hərəkatının “paralel dövlət” yaratmaq təhlükəsindən agah etmək olub.

Lakin məqalədə vurğulanır ki, Azərbaycandakı nüfuz və miqyasına baxmayaraq, Gülen hərəkatının özəyi Türkiyə olaraq qalır.

Müəllifin fikrincə, Azərbaycanda Gülen davamçıları Türkiyədə olduğu kimi polis və ədliyyə sisteminə nüfuz edə bilməyiblər.

Bayram Balcı-nın qənaətinə görə, indiyədək dünyada Türkiyənin xeyriyyə və təhsil elçisi sayılan Gülen hərəkatı siyasət yoluna keçməklə öz nüfuz və etimadına ciddi ziyan vurub.
XS
SM
MD
LG