Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:38

«Nurçu ovu» gedir? [Video]


-
Ekspert-konfliktoloq Arif Yunus və İslamçıların Hüquqlarını Müdafiə Komitəsindən Emil Rahiloğlu «nurçu» adlanan dini təmayül üzvlərinə son basqılardan danışırlar.

Mövzu ilə əlaqədar oxu: Erdoğan-a göstərmək üçün?

«DÖVLƏTLƏRARASI MÜNASİBƏTLƏRİN QURBANLARI DİNDARLAR OLURLAR»

Arif Yunus «nurçu»lara qarşı təzyiqləri kampaniya hesab edir:

«Baş verənlər «nurçu»lara qarşı həqiqi mənada bir kampaniyadır. Vaxtilə şiələr daha aktiv idilər. Onlara qarşı da kampaniya aparılırdı. Bunlar hamısı bilgisizliklərdən irəli gəlir. Said Nursi-nin, Fethullah Gülen-in kitablarını oxuyandan sonra insan anlayır ki, «nurçu»lardan təhlükə yoxdur. Biz başa düşməliyik ki, müstəqillikdən sonra din ölkəyə qayıdıb. Dinin rolu da qalxacaq. Ancaq dindarları radikallaşmağa məcbur edirlər. İnanclı insanların istəyi budur ki, onlara toxunulmasın. Onlara qarşı təzyiq göstərəndə, adi dindar da radikala çevrilə bilər. Düşünürəm ki, bu kampaniyanın arxasında yuxarı dairələrdəki siyasi çəkişmələr durur. Kiminsə kimdənsə xoşu gəlmirsə, ona «nurçu», «vəhhabi» və ya başqa ad qoyurlar. Dindən siyasi oyunlarda istifadə etmək istəyənlər var. Dövlətlərarası münasibətlərin qurbanları dindarlar olur...».

«Dini doğru şəkildə çatdıran telekanallar olmalıdır. Bu kanallarda dinşünas alimlər insanlara din barədə, heç olmasa, ümumi informasiyalar verməlidirlər. Məktəblərdə dinşünaslıqla bağlı dərslər verilməlidir. Jurnalistlər də bu mövzuda bilgiləndirilməlidirlər. Bunun üçün siyasi qərar olmalıdır...».

«DİN İNSANLARIN MƏNTİQİNDƏN KƏNARDA DEYİL»

Emil Rahiloğlu dindarlara qarşı təzyiqlərin kökünü maarifsizlikdə görür:

«SSRİ dağılandan sonra xalqımız dini baxımdan azad oldu. İnsanlar islama meyl etməyə başladılar. Ancaq dini haradan öyrənmək məsələsi ortaya çıxdı. Xalq hansı səmtə meyllənməyi özü təyin etməliydi. Ancaq insanlara İslamı doğru şəkildə öyrədə bilən vasitələr yox idi. Hakimiyyət xüsusi televiziyalar yaratmalı, islamı düzgün şəkildə xalqa çatdırmalıydı. Ancaq xalqa İslamı olduğu kimi çatdıran olmadı. Yasda eşidilən dinlə insanlarda fikir formalaşa bilməz. Din insanlar üçün çətin və əlçatmaz olmamalıdır. Çünki din insani dəyərlərdən kənar deyil. Yalan danışmaq, böhtan atmaq etik cəhətdən də doğru qəbul olunmur. Din, əslində, insanların əqli və məntiqinə uyğundur. İnsanların dindən xəbərləri olmayanda, istədikləri insanı istədikləri kimi insanların beyninə yeridə bilərlər...».
«Azərbaycanda dindarların işiylə məşğul olan dövlət qurumları maariflənməlidirlər. Həbs həmişə aqressiya yaradır, radikallaşdırır. «Nurçu»lar sırf maarifləndirmə ilə məşğul olurlar, onların heç bir radikal addımı yoxdur...».
XS
SM
MD
LG