Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:55

«Azərbaycan Avropada daha çox jurnalisti həbs edən ölkəyə çevrilir»


Jurnalistlərin Müdafiə Komitəsi
Jurnalistlərin Müdafiə Komitəsi
-
Nyu-Yorkda mənzillənən Jurnalistlərin Müdafiə Komitəsi (JMK) “Ayna-Zerkalo”nun Türkiyə təmsilçisi Rauf Mirqədirovun həbsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, jurnalist tez-tez öz şərhlərində Türkiyə və Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasına görə tənqid edib: “Ayna-Zerkalo” qəzetində verilən məlumata görə, Raif Mirqədirov qeyri-hökumət layihələri çərçivəsində 1990-cı illərdən diplomatik əlaqələrin kəsildiyi Azərbaycan-Ermənistan arasındakı dialoqlarda iştirak edib”.

BARMAQLIQ ARASINA SALINAN 9-CU JURNALİST

Rauf Mirqədirovun Azərbaycanda barmaqlıq arasına salınan 9-cu jurnalist olduğunu vurğulayn JMK onu da əlavə edir ki, Azərbaycan bu ilin may ayında rotasiya qaydasında Avropa Şurasına rəhbərlik edəcək.

JMK-nın Orta Asiya üzrə koordinator Nina Ognianova Azərbaycan hakimiyyətini jurnalistə qarşı təzyiqlərə son qoymağa çağırır: “Azərbaycan getdikcə Avropada jurnalistləri daha çox həbs edən ölkəyə çevrilir”, - deyə o bildirib.
XS
SM
MD
LG