Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Yanlış təqvim: aprel maydan sonra gəlibmiş…


Kirov və Ordjonokidze Bakı dəmiryol vağzalında, 28 aprel 1920
Kirov və Ordjonokidze Bakı dəmiryol vağzalında, 28 aprel 1920
-
Düz 94 il öncə – 1920-ci il aprelin 28-də «XI Qızıl Ordu» Bakını və sonra Azərbaycanın qalan yerlərini işğal etdi.

Azərbaycan Cümhuriyyəti beşiyindəcə boğuldu.

Aprelin 27-də Cümhuriyyət sonuncu parlament toplantısını keçirdi və hakimiyyətin bolşeviklərə verildiyini elan etməyə məcbur qaldı.

Toplantı salonunda Şəfi bəy Rüstəmbəylinin hönkürtüsü eşidildi. O, beləcə həm də «Azərbaycan istiqlalının göz yaşı» adını aldı.

Azərbaycanda sovet hakimiyyəti quruldu.
Bitli-sirkəli, ac-yalavac bolşevik ordusu Bakıya daraşdı.

Zəngin neft paytaxtı talan olunmağa başladı.

İdarə və evlərə girən soyğunçular hətta qadınların boynundan-qulağından qır-qızılı qoparırdılar.

İşğalın ilk həftəsi tarixə «talan həftəsi» adıyla keçdi…

Cümhuriyyət qurucuları pərən-pərən düşdü...

Fətəli xan Xoyski, Həsən bəy Ağayev Tiflisdə, Nəsib bəy Yusifbəyli elə Azərbaycandaca qətlə yetirildilər.

Lahıcda gizlənən M.Ə.Rəsulzadə həbs edilib Bayıl həbsxanasına salındı.

Kütləvi həbslər başladı.

Tarixdə ilk dəfə təqvim dəyişdi – 28 Maydan sonra 28 Aprel gəldi…

Və bu « yanlış təqvim» 70 ildən çox yaşadı.

1991-ci ildə sovetlərin ömrü sona çatdı…

Bir işğalın tarixçəsi bu qədərmi qısa yazılar?!

Bir işğalın tarixçəsi bu qədərmi ağrılı olar ?!

Bir işğal bu qədərmi uzun sürər ?!
XS
SM
MD
LG