Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:45

Leyla Yunus: «Butulka sözünü işlətdilər» - [Video]

Hüquq müdafiəçisi prokurorluq əməkdaşları tərəfindən təhdid olunduğunu deyir

Sülh və Demokratiya İnstitunun direktoru, tanınmış insan haqları müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus aprelin 28-də gecə Bakıda hava limanında saxlanıblar. Onlar bir neçə Qərb ölkəsinin Bakıdakı diplomatı ilə birlikdə beynəlxalq tədbirdə iştirak etmək üçün Brüsselə gedərkən saxlanıb, üstlərində, ofislərində və evlərində axtarış aparılıb.

Onların saxlanması ilə bağlı ilk xəbərləri burdan izlə


AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir.
Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir. Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
18:04 29.4.2014
KİMDİR LEYLA YUNUS?

Əgər səndə bu sual yaranıbsa, qısaca deyə bilərik . Leyla Yunus Azərbaycan demokratik hərəkatının əzəlində duran siyasi fəallardan biridir. Daha ətraflı isə burada tanış ol
18:04 29.4.2014
POLİS OFİSİN YERLƏŞDİYİ HƏYƏTƏ GİRİŞ-ÇIXIŞI MƏHDUDLAŞDIRIB

Sülh və Demokratiya İnstitutunun (SDİ) Nizami küçəsi, 63 ünvanda yerləşən ofisində axtarış davam edir. Axtarışda Leyla Yunus, vəkil Xalid Kazımov da iştirak edir. Axtarış 16:40-da başlayıb.

Polis binanın həyətinə giriş-çıxışı məhdudlaşdırıb.

Davamı

XS
SM
MD
LG