Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

Jurnalistləri Müdafiə Komitəsi həbsdəki jurnalistləri azad etməyə çağırır


Jurnalistləri Müdafiə Komitəsi
Jurnalistləri Müdafiə Komitəsi
-

Jurnalistləri Müdafiə Komitəsi 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı peşəkar fəaliyyətlərinə görə hakimiyyət tərəfindən susdurularaq həbsxanaya atılan bütün jurnalistləri azad etməyə çağırıb. Komitə inanır ki, heç bir jurnalist peşə fəaliyyətinə görə həbsdə olmamalıdır.

JMK 2000-ci ildən bəri dustaq jurnalistlərin sayının artdığına diqqət çəkir, hazırda dünya üzrə 211 jurnalistin həbsdə olduğu bildirilir. Onlardan simvolik olaraq 10-nun adını çəkən təşkilat hökumətlərdən jurnalistləri dərhal sərbəst buraxmağa çağırır.

Özbəkistanlı redaktor Məhəmməd Bekjanov 15 ildir həbsdədir. Bu, dünyada bir jurnalistin dəmir barmaqlıqlar arxasında qaldığı ən uzun müddətlərdən biridir.

Tanınmış iranlı jurnalist Siamak Ğaderi 2010-cu ildə həbs edilib, həbsxanada olarkən döyülüb və qamçılanıb.

12 illik azadlıqdan məhrumetmə cəzası alan vyetnamlı bloqqer Nguyen Van Hai-ə ötən yay həbsxanada baş çəkən ailə üzvləri onun güclə danışdığını, çox çətinliklə yeridiyini deyiblər...

Azərbaycandan isə siyahıda «Xural» qəzetinin redaktoru Əvəz Zeynallı var.

Əvəz Zeynallı
Əvəz Zeynallı
Jurnalistləri Müdafiə Komitəsi inanır ki, Əvəz Zeynallının mühakimə edilməsi onun «Xural» qəzetində hakimiyyəti tənqid etməsinə cavab tədbiridir. Həbsindən bir neçə həftə əvvəl qəzet prezident İlham Əliyevin müstəqil jurnalistlərə və müxalif fəallara qarşı repressiv siyasətini tənqid etmişdi.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun məlumatına görə, həbsdə olduğu müddətdə jurnalistin səhhəti pisləşib.

TƏDBİRLƏR SİYAHISI

Komitə bildirir ki, Avropa Şurasının rotasiya üsulu ilə dəyişən sədrliyinin bu ay Azərbaycana keçməsi planlaşdırılır. Bu təşkilatın üzvləri insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini təminat altına alan İnsan Hüquqları üzrə Avropa Konvensiyasını imzalayıblar.

JMK jurnalistin azadlığa buraxılması üçün görülməli tədbirlərin siyahısını təqdim edib:

· #FreeThePress, #CouncilOfEurope, #EUCouncil, #EUCO hashtag-lərindən istifadə etmək
· Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieksi və təşkilatın Baş Katibinin sözçüsü və kommunikasiyalar direktoru Daniel Holtgeni dəstəkləyən tvitlər atmaq,
· Azərbaycan Xarici İşlər Nazirliyini Əvəz Zeynallını azad etməyə çağırmaq
· Zeynallının buraxılmasına çalışan jurnalistlərin və fəalların hazırladığı videoya baxmaq.
XS
SM
MD
LG