Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:36

Pərviz Həşimlinin məhkəməsində mübahisə düşüb


Pərviz Həşimli
Pərviz Həşimli
Mayın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Pərviz Həşimlinin məhkəməsi davam edib.

Müdafiə tərəfinin əlavə şahidlərin dindirilməsi ilə bağlı verdiyi vəsatət təmin olunmayıb.

Məhkəmədə mübahisə düşüb. Pərviz Həşimli ilə birlikdə ittiham olunan Təvəkkül Qurbanov deyib ki, Pərviz Həşimli mətbuatda onu və ailəsini təhqir edib. P. Həşimli bunun yalan olduğunu bildirib. T. Qurbanov P. Həşimliyə yumruqla vurmaq istəyib, işə məhkəmə nəzarətçiləri qarışıb.
Məhkəmə mayın 5-də davam edəcək.

Pərviz Həşimli keçən ilin sentyabrında həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
XS
SM
MD
LG