Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 15:46

Yeni hesabat: «Azərbaycanda ifadə azadlığı mühakimə edilir»


Beynəlxalq Vəkillər Kollegiyası
Beynəlxalq Vəkillər Kollegiyası
-
Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyasının İnsan Haqları İnstitutu (BVKAİHİ) Azərbaycan hökumətini ifadə azadlığı ilə bağlı məhkəmə araşdırmalarında ədalətli mühakimə hüququnu təmin etməyə çağırır.

Bu barədə təşkilatın mayın 1-də açıqladığı hesabatında deyilir. BVKAİHİ xüsusi olaraq hökuməti jurnalistlərin müdafiəsi üçün beynəlxalq standartlara uyğun etibarlı mexanizmlərin təsis edilməsində fəal addımlar atmağa çağırır.

İnstitutun həmsədri Helena Kennedy qeyd edir ki, «Azərbaycan regionda iqtisadi cəhətdən sürətlə inkişaf edən dinamik və müstəqil ölkə kimi çıxış edir. Bununla belə, Azərbaycanda ifadə azadlığı ilə bağlı məhkəmə proseslərində jurnalistlərə və başqa şəxslərə qarşı cinayət qanunvericiliyinin tətbiq edilməsi BVKAİHİ-ni narahat etməkdədir».

Hesabatda qeyd olunur ki, son illər böhtan xarakterli cinayət təqiblərinin sayı azalsa da, jurnalistlərin, insan hüquqları müdafiəçilərinin və siyasi müxalifət qüvvələrinin bir sıra hüquq pozulmaları ilə məhkum edilməsi halları artmaqdadır. 62 səhifəlik «Azərbaycan: ifadə azadlığı mühakimə edilir» adlı hesabat institutun təhqiqat missiyasının 2013-cü ilin dekabrında Bakıya səfəri zamanı əldə etdiyi faktlara əsaslanır.

Hesabatda Azərbaycan qanunvericiliyinə görə ədalətli mühakimə ilə bağlı müxtəlif prosessual təminatların ətraflı təhlili təqdim olunur. Jurnalistlərlə bağlı məhkəmə proseslərində ciddi çatışmazlıqlar qeyd edilir.

BVKAİHİ Azərbaycanda hüququn üstünlüyünü möhkəmləndirmək məqsədilə başlıca tərəflər üçün nəzərdə tutulmuş 16 xüsusi tövsiyə də hazırlayıb.
XS
SM
MD
LG