Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:34

NİDA-çılara hökm oxundu



Mayın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA-çılara hökm oxunub.

Zaur Qurbanlıya 8 il, Rəşadət Axundova 8 il, Rəşad Həsənova 7 il 6 ay, İlkin Rüstəmzadəyə 8 il, Bəxtiyar Quliyevə 7 il, Məmməd Əzizova 7 il 6 ay, Şahin Novruzluya 6 il, Üzeyir Məmmədliyə 7 il cəza verilməsini istəyib.

Aprelin 17-də dövlət ittihamçısı NİDA Vətəndaş Hərəkatı üzvlərinin 6 il yarımdan 8 il yarıma qədər azadlıqdan məhrum edilməsini istəmişdi.

Dövlət ittihamçısının iş istəməsindən sonra NİDA-çı gənclər müddətsiz aclıq aksiyasına başladıqlarını bəyan ediblər.

İstintaqın iddiasına görə, Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar. “Azad Gənclik” Təşkilatının üzvü, həbsindən sonra NİDA-ya üzv yazılan İlkin Rüstəmzadə mayın 17-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında həbs olunub. Prokurorluq əvvəl ona xuliqanlıq ittihamı irəli sürüb. Sonra işə kütləvi iğtişaşları təşkiletmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdi ittihamı da əlavə olunub.

Gənclər ittihamları qəbul etmir. Həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.
XS
SM
MD
LG