Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:37

Putin Ukrayna böhranını Ermənistan, Belarusla müzakirə edir


Vladimir Putin
Vladimir Putin
-

Ukraynadakı böhran və «kollektiv təhlükəsizlik» məsələsi mayın 8-də Rusiya prezidenti Vladimir Putinin Ermənistan, Belarus, Qırğızıstan və Tacikistan prezidentləri ilə danışıqlarında əsas müzakirə mövzusu olacaq. Məlumata görə, bəzi dövlətlərin Rusiyanın rəhbərlik etdiyi Gömrük Birliyinə daxil olmaqdan imtina etməsi də görüşdə müzakirə olunacaq.

Kremlin sözçüsü Dmitry Peskov iki tərəfli danışıqların keçiriləcəyini də deyib.

Prezidentlərin Moskvaya toplanmasından bir gün əvvəlsə Putin Rusiyayönlü separatçıları Ukraynanın şərqində mayın 11-nə nəzərdə tutulan öz müqəddəratını təyinetmə referendumlarını təxirə salmağa çağırıb. Putin həmçinin mayın 25-də Ukraynada keçiriləcək prezident seçkilərini «düzgün istiqamətdə hərəkət» adlandırıb. Əvvəllərsə Moskva bu seçkiləri pisləyirdi.

Bununla belə Ağ Evin Putinin bəyanatına reaksiyası belə olub ki, yerli referendumlar nəinki təxirə salınmalı hətta ləğv olunmalıdır.
XS
SM
MD
LG