Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 09:28

Galacar


-

"Ədəbi Azadlıq-2014" Milli Müsabiqəsinin 20-liyindən. Müsabiqəyə göndərildiyi kimi, nöqtə-vergülünə toxunulmadan çap edilir.



Əbüzər Cəfəri


GALACAR*


Üçümüzə, baharın ilk günlərı'nın birində gəzməyə çıxmışdık.

Dinc bir çəmənlik tapıb, otraq etmişdık. Rəhimlə Məmmədın şahmat oynaması taza başlamışdı. Mən oyun izləməyi sevmədiyimdən ötrü, oturduğum yerdən qalxıb, onlardan ayrıldım.

Tək başıma addımlamaq könlümə düşmüsdü. Addımlayaraq bizdən bir az aralı olan kolluğa girdim. Bir an qəribə səslər eşitdim. Öz dostlarımın səsinə bənzəmirdi. Hövlnak səs gələn tərəfə yönəldim. Kolluğun çır-çıpıqlarını oyan-buyana verərək irəliləyirdim. Ayaqqabılarımın içi su ilə dolub ağırlaşmışdı; İrəlılədikcə səsləri daha ayırd eşidirdim. Kolluq qurtarıb, açıq bir çəmənliyə çıxdım.

Gözümün önündəki inanılmaz bir səhnə idi. Uzun boz rəngli əbalı, başında yaşıl börk, onun qırağına ağ baş şalı sarılmış, ayaqlarına çarıq geymiş birisi dayanmışdır. Ondan bir az aralı, qarşısında geyimləri ona bənzər, dolu və iri bədənli bir nəfər dahada varıdı. Boz rəngli əbasi olan əllərini havaya qaldırmış, mənim sevdiyim bir şeirı uca səslə oxurdu:

"Dəryayi-mühit cüşə gəldi
Könilə məkan xuruşə gəldi
Sirri-əzəl oldu aşikara
Aşıq necə eyləsün müdara?"

____________
*Tikantəpə şəhəri`nin kənarına yerləşən bir bağı, kolluğu çox olan bölgə`nin adı.(Tikantəpə Güney Azərbaycanda kiçik bir şəhər dir.)


Gözlərim heyrətdən az qalırdı yerindən çıxsın. Bu şaşdırıcı səhnə'nin önündə ağzım təəccübdən açıq qalmışdı. Olan Bə!! Bu Nəsimi dir ki!! Sevdiyim, ona həmişə heyran olduğum şair! İndi onu burda, Tikantəpə'nin Galacar bağında görmək, ağlıma belə gəlməzdi!

Ürəyim çırpına-çırpına yaxınlaşdım. Nəsimi'nin qarşısındakı nəfər mənə sarı dönüb "yaxşı ki gəldin" dedi. Elə orda yerimdə donub qaldım. Özümü itirmişdim. Əllərimlə gözlərimi ovmağa başladım. Gözlərimi açdığım an Nəsimi yox olub, təkcə o biri nəfər qalmışdı. "nə...nə...simi hhhhani ?" soruşdum.

- getdi Hələbə; yəqin ki sən bilirsən orda başına nə gələcək!?

- sən kimsən?

- Şahxəndan, Nəsiminin qardaşı.

- mən hardayam? Bu qəribə ahvalat nedir başıma gəlir?

- sən zamansız dünyaya giribsən Yusuf!; indi gör nə deyirəm; qardaşımı nə qədər sevdiyini bilirəm. Hələbə gedib onu qurtarmalısan!

- mən!? Hələbə!?

- hə! Sən! O çaya bax! Dona çayı dır. Çayın o əlində Koroğlu gil bir savaş ortasındadılar. O ələ keçib Koruğludan yardım almalısan.

Şahxəndan əlı ilə göstərdiyi səmtə baxdım. Ordan qılıncların çaxnaşma səsi gəlirdi. Qaraltılar görünürdü. Şahxəndana sarı döndüm, ancaq o da yox olmuşdu.
Yarı yuxu-yarı oyaqa bənzər durumdaydım. İxtiyarsız çaya sarı qaçdım. Şalvarımı çırmamalamış, ayaqqabılarımı çıxartmamış, çayın sərin suyuna girdim. O ələ keçdim. Bir kolluğa düşüb sonra çıxdım. Gözümün önündə miniatür tablolarına bənzər bir savaş səhnəsi zahır oldu. İnanılmaz idi. Yüz nəfərə yaxın atlı bu böyük meydanda biri biri ilə çarpışırdılar. Bir an bu vuruşma səhnəsindən yoğun bığlı, pəhləvan duruşuqlu bir adam dışarı çıxıb mənə sarı gəldi.

Bədənim titrəməyə düşdü. Gözləri qan çanağına dönmüşdü. "kimsən? Burda nə edirsən?" dedi. Səsi'nin ucalığından qulqlarım zingildədi.

- Adım yusufdur! Məni Şahxəndan buraya yollayıb. Koruğluda işim var.

- Ha bildim! Gözləyirdim səni! Koroğlu özüməm.

Qorxu hissim gözəl bir duyğuya çevrildi. İllər boyu dastanlarını, Aşıq Fərman* kimilərdən eşiddiyim Koroğlu, qıratı'nın belində mənim önümdə dayanmışdı. Gözlərımın pınarı yaşlanmışdı.

- Koroğlu! Nəsimi Hələbə gedib. Onun hayatı təhlükə içindədir. Qurtarmalıyıq onu!

______________
* Tikantəpə`nin vəfat etmiş aşıqlarından


Koroğlu bığları'nın ucunu bura-bura fikirləşib, uca səslə nərə çəkdı; Əllərimlə qulaqlarımı tutub, gözlərimi yumdum. Nərəsindən hər yan titrədi. Dəlilər nərəni eşiddikdə, savaş meydanından çıxıb, Koroğlunun sağ-solunu aldılar. Koroğlu atdan əyilib, əlini belimə atıb, məni yerdən qovzayıb, qıratın belində öz arxasına mindirdi. Düşməyım diyə, tez qollarımı Koroglu'nun belinə dolamaq istədim; ancaq əllərim bir birinə qovuşmadılar; elə bil qocaman böyük bir ağacı qucaqlamışdım. Yollandıq. Sağ-solumuz və arxamızca da dəlilər gəlirdilər. Koroğlu qıratı çapdırmağa başladı. Bütün Vücudumdakı qorxular tökülmək halında idilər.
Getdikcə bu zamansız dünya xoşuma gəlirdi. "hara gedirək Koroğlu?" soruşdum.

- Aslanduza!* Abbasmirza Ruslarla savaşmaqda! ilk öncə ona yardım etməliyik; sonra Hələbə doğru gedərək.

Abbasmirza!?Ah! Qacar dönəminə gədirdim. Yol üzünü düşünürdüm; Beynımdə çoxlu sorğular gəzişirdi; Abbasmirzaya yardım edəbiləcəyikmi? Yanı Türkəmənçay, Gülüstan sözləşmələri'nin qarşısını alıb, torpaqlarımızı bölünməkdən qurtarabiləcəyikmi?

Düşünərkən Aslanduza çatdıq; Dəhşətli mənzərə gözümüzün önünə çıxdı. Minlərcə əl-ayaqsız, başsız cəsədlər, yandırılmış ərrabələr və çadırlar oyan buyanımızda görünürdü. Ayaq üstə təkcə qalan bir çadırın önündə, uzun saqqallı adam, əlində lülələnmış kağız, məhzün və susmuş dayanmışdı. Koroğlu bu adama çatdıqda, atdan düşüb mənı də aşağı endirdi. Uzun saqqallı kişiyə: " Abbasmirza! Elə bil gecikdik!" dedi.

Hə! O Abbasmirza idi! Qacar dövranı'nın ziyalı və başbilən şahzadəsi! Abbasmirza gözləri dolu bizə baxıb " Tehran sarayındakı əyanlar arxamı boşladılar; yalnız qaldım. Müqaviləni bağlamasaydım bütün İran əldən getmişdi." dedi. Sonra davamında "görəsən Ruslara verdıyimiz torpaqların başına nə gələcək?" soruşdu. Üçümüzdə bu durumdan kövrəlmişdik. Bu torpaqların başına nə gələcəyini mən yaxşı bilirdim. Gözümün önündə siberiyaya sürgün göndərilən adamlar, ermənilərin törətdiyi cinayətlər sıralanırdılar. Öz özümlə: " canın sağ olsun Abbasmirza!" dedim.
Sol çiyinimde aqırlığı duydukca özümə gəlib, Abbasmirza'nın əlini çiyinimdə gördüm. Mənə " Yusuf! Məndə sizinlə Hələbə gəlirəm. Nəsimini bəşkə qurtarabildik." dedi. Abbasmirzanın mənim adımı hardan öyrənməyinə çox təəccüblənmədim; Onsuzda buraya qədər qəribə şeylər çox görmüşdüm; Zamansız dünya'nın qeyri-adiliyinə alışmışdım.

_____________-
*Bölgə adı. İran-Rus savaşı`nın meydanı

***

Qıratın belində mənlə Koroğlu, yanımızda Abbasmirza boz atına minmiş çapırdıq. Arxamızda Koroğlu'nun dəlılərınə, Qacar əsgərləri də qoşulmuşdular. Azərbaycan sərhədlərini aşarkən Çaldıran* düzlüklərində böyük bir savaşın kənarından keçirdik. Bir yanda başlarında qırmızı papaqları olan əsgərlər, o biri yanda osmanlı bayrağını daşıyan ordu varıdı. İçimdən bir dərin ah qopdu. Bu Şah Abbasın Osmanlılarla savaşı idi. Türkün, türk qanı tökmək savaşı! Biz Qacar dönəmindən Səfəviyələrə qədər geri qayıtmışdıq. Abbasmirza mənə sarı dönüb: " Budur bax! Böylə savaşlara girməsəydik indi Ruslara yenilməzdik" dedi.

Üçümüzə ürəyimiz yana-yana bu savaş səhnəsini nizarə edirdik. Mən onlara "Bir iş görməliyik! Bu savaşa son qoymalıyıq!" dedim. Onlar mənim sözümü təsdiqləyib, savaş meydanına tərəf yönəlmək istədilər. Elə bu an arxamızdakı uca qayanın üstündən gələn səs hamımızı dayandırdı: "Dayanın! Dayanın!" Başında böyük papağı olan, uzun əbalı birisi qayadan aşağı enirdi. Koroğlu onu görərkən: "Şah İsmayıl! Şah İsmayıl!" bağırdı.

Bu yaşayan səhnələrə heç də təəccüblənmirdim; Hər an onlarca şah, şahzadə, şair və başqaları bu zamansız dünyamıza girəbilərdilər. İndi nə yaxşı ki bir şair şah önümüzə çixmişdi. Şah İsmayıl mənə "Yusuf! Məndə sizinlə gəlməliyəm! Nəsimi mənim ən sevdiyim şair dir." dedi. Şahın bu sözünü yaxşı anlayırdım; Xətayi'nin** şeirlərini oxuyanda onun Nəsimi, Fəzlüllah Nəimi*** və Hürufiliyə**** olduğu əlaqə izlərini görmüşdüm. Məndə "Sizin bizimlə Hələbə gəlməniz çox yaxşı olar, ancaq Şah Abbasın bu savaşa son verməsinə səbəb olmanız daha yaxşı olmazmı?" dedim.

- boşla! Mənim əlimdən bir iş gələbilməz! Şah Abbasın başı daşa dəyməyincə, getdiyi yoldan geri dönəsi deyil. İradəsini dəyişmək bizim işimiz deyil. Məndən sonrakıların bu qədər yanlışlıqlara qatılmalarını öncədən bilsəydim, heç zaman Səfəvi silsiləsi'nin təməlini qoymazdım. Mən seçən paytəxti dəyişdirdilər; Millətin üsul-qaydalarından uzaqlaşdılar, dilinə hörmətsizlik etdilər; İndi də bu faydasız savaşlara giriblər. Bunlar hamısı məni incidir. Boşlayın! Dərdlərimi təzələndirməyin. Hələbə doğru getməyimiz gərəkir. Bəşkə Nəsimini qurtarmağımızla, ondan sonrakı yaşanan tarıx də dəyişə bilsin!

____________

*Bölgə adı. İranlılarla osmanlılar savaşan yerin adi
**Şah İsmayılın təxəllüsü
***Hürufiliyin qurucusu
****XIV əsrdə Azərbaycanda meydana gəlmiç təriqət


***

Susuz bir bayırda, günəşin iti saçmaları altında, atlar belində yolumuza davam verirdik. Hamı dalğın görünürdülər; Elə bil Şah İsmayılın sözlərini düşünürdülər.
Iraq bayırlarını sovuşurduq. Şah İsmayıl bizə qatılandan sonra, ordumuza Qizilbaşlar da qatılmışdılar. Əzəmətli bir ordu olmuşduq. Öndə Şah İsmayıl, Koroğlu, Abbasmirza və arxalarında çənlibelin dəliləri, Qacar əsgərləri və Qizilbaşlar. Qarşımızda heç bir ordu dayana bilməzdi. Bu zamansız dünyada, Qarabağda olmaq arzusundaydım. Bu orduyla Qarabağı bir gecədə vətən torpağına qaytara bilərdik.

Uzaqdan bir avadanlıq görünürdü. Bir göz qırpımında avadanlığın içinə keçdik. Şəhərin əhalısı bizi gördükdə evlərə qaçıb, qapı pəncərəni örtürdülər. Xiyavandakı tabloların birində ərəbcə yazılmış "Kərkük" adını oxuya bildim. Geniş bir meydanda dayandıq; Atdan düşüb açıq olan bir dükana girdim. İçəridəkilər məndən qorxub çəkinirdilər; "Qorxmayın" deyib sonra da "Türkcə qonuşanız varmı?" soruşdum. Uca boylu, orta yaşlı biri dükanın küncünə sığınanlar arasından çıxıb "mən türkəmənəm" dedi.

- hansı ildəyik?

- 1310 qəməri

Tez hisabladım; Biz osmanlılar dönəmində Kərkük şəhərinə çatmışdıq. İstəyirdim türkəmənə " Hələ yaxşı dövranızdır; Gələcəkdə Osmanlılar gedib sizdə özgələrlə başbaşa qalacaqsız." deyəm, ancaq demədim. Dükandan hövlnak çıxdım. Ordumuz meydanı sovuşub sol əldəki xiyavanla gedirdi. Xiyavanın qaldırımında qaçmağa başladım. Türkəmən Kərküklünün səsini arxamca eşidirdim "demədin kimsən? Haradan gəlib hara gedirsən?" Dayanıb arxama baxıb "Azərbaycanlıyam, Hələbə gedirəm" dedim. Onun sonrakı sözü məni şaşdırdı, o dedi: "Gələcəkdəki kərküklü türkəmənləri görsən əgər, onlara de bizi bağışlasınlar, bizim ihmalımızdan ötrü onlara o qədər zülüm olunur!" Sözün deyib gözdən itdi. Məndə qaçmağa davam etdim. Ordumuzun baş hissəsinə çatdım. Uca səslə Koroğlunu çağırdım. Vecsiz-vecsiz dönüb mənə baxdı. Lap yanına yetirdim. "nədən məni gözləmədiz? Yerdə qalmağımı istirdiz ha?" dedim. Koroğlu zəhmli baxışla bərabər əlini atıb məni qıratın belinə qaldırdı...

***

Ay işıqlı gecədə uzaqdan görünən Bağdada yaxınlaşırdıq. Maraqlı idim ki hansı zamanda şəhərə girməyimizi biləm. Enli asfalt olunmuş bir caddə'nin qırağında Bağdada doğru yürüyürdük. Caddədəki maşınlar sürətlə keçirdilər. Bəziləri də saxlayıb sonra içindəkilər bizə şaşqıncasına baxırdılar. Bir an önümüzdə çoxlu hərbi maşınlar, tanklar və çox sayılı əsgərlər zahır olundular. Ərəbcə bir şeylər deyib bağırırdılar; bizi dayandırmağa çalışırdılar ...

... Bilmirəm necə o duvar kimi dayanan Iraq əsgərlərindən keçmişdik, her halda Bağdadın xiyavanlarında irəliləyirdik. Səddam Hüsseynin böyük şəkilləri uca tikintilərdən asılı idi. Böyük bir xiyavanın ortasında heç gözləmədiyim şəxs qarşımıza çıxdı; Qoltuğu altında dörd-beş kitab, başında qara rəngli börk, boz kot şalvarlı Mühəmməd Təği Zihtabi!* Onu təkcə şəkillərdə görmüşdüm.

- professor! Səndə zamansız olubsan?

- elə bil! Hamınız bu gecə Bağdadda mənə qonaqsız.

____________
*İran türkləri`nin tarixi, dili və kültülrü haqqında çoxlu tedqiqat aparan İranlı yazıçı. (1997 də vefat etmiş)


Abbasmirza araya keçib "sağ olun professor, ama biz tələsirik" dedi. Professor börkünü başından götürüb, əli ilə tükünü düzəldərək: "gəlməlisiniz! Sizə önəmli sözlərim var" dedi.

***

İşığı az olan bir otaqda, taxta masanın arxasında əyləşmiş professor əlini çənəsi altına dirsək edib, qonuşmaya başlamışdı. Abbasmirza, Şah İsmayıl, Koroğlu və mən də masanın ətrafında dinləyirdik. Professor İran türkləri'nin tarıxı barəsindəki araşdırmalarından danışırdı. Gələcəkdə bu təhqiqatı kitab edib yayımlamasından xəbər verirdi. Məndə ürəyimdə professoru təhsin edirdim. Axı o kitabları mən oxumuşdum!

Koroğlu bu sözlərdən yorulmuş kimi, professorun sözünü kəsib dedi: "önəmli sözləri bizə de! Vaxtımız daralır professor!"

Professor koroğlunun bu sərt ləhninə görə duruxsada sözünü davamladı. O gülümsəyərək əllərini çənəsi'nin altından götürüb masanın üzərinə qoyub belə dedi: "sizin Hələbə getməniz faydasiz işdir! Zamansız olmanıza güvənməyin! Tarıxı dəyişdirə bilməzsiniz. Keçmiş yerinə gələcəyimizi dəyişdirməliyik. Özəlliklə səninləyəm Yusuf! Sənin əlin bizdən daha açıqdır. Sən, bizim yaşadaığımız dövranların gələcəyində yaşıyırsan; sən çox şeyləri dəyişdirə bilərsən, ancaq bizə bu imkan yoxdur."

Mən " axı professor! Qardaşı, Şahxəndan, məndən Hələbə gedib, Nəsimiyə yardım etməyimizi istəyibdi" dedim. Professor yenə də gülümsəyib sonra da ciddi bir ləhnlə dedi: "dedim ki Nəsimini qurtarmaq imkansızdır! Nəsimi'nin Hələbdə öldürülməsi yaşanan bir tarix dir. Əfsanə deyil ki! Dəyişilməz! Olmaz!"

Bu an Koroğlu möhkəmcə masanın üstünə elə bir yumruq yatırtdı ki taxta masanın ortası çatladı. Hamımız donuxduq. Koroğlu uca səslə "Olar professor! Olar!" bağırdı. Koroğlunun iki-üç dəlisi bu səsi eşidcək otağın qapısını açıb içəriyə girmək istədilər. Koroğlu əl işarəsi ilə onları dişarıya qaytardı. Sonra dedi: "Siz bizə umud vermə yerinə, umudsuzluq verisiz! Şah İsmayıl və Abbasmirza yaşanan tarixi şəxslərdirlər, ancaq mən əfsanəyəm. Mən Azərbaycan milləti'nin həmişə yaşar qəhrəmanıyam. Mən gerçəkdən zamansızam professor! Yanımdakı dostlar sözlərimdən inciməsinlər, ancaq daha doğrusu budur ki millətimiz, tarixi qəhrəmanlarından umudları kəsilən zaman, həmişə mənim kimi əfsanəvi qəhrəmanlarına söykənib umudlanırlar. Mən Nəsimini qurtara bilərəm professor! Mən İstanbul ortasından Nigar kimi padşah qızını qaçırdıb çənlibelə gətirən koroğluyam! Professor siz məni nə sanırsız?"
Koroğlunun bu qonuşmasından sonra ağır bir sükut çökdü. Professor masanın arxasından qalxıb, əlin Koroğluya doğru uzadıb onunla əl verdi. Sonrada son sözünü bizə dedi: " Sizi yolunuzdan qaytarmağa daha çox israr etmirəm, eyni halda öz sözümdən də dönmürəm. Zamansız olduğunuza görə, bu yolu gedib sınamasını da çox zərərli görmürəm. Sizə uğurlar diləyirəm." Sonra da kitablarını qoltuğu altına vurub otağın çıxış qapısına tərəf getdi...

***

Bağdaddan çıxmışdıq. Yenə bir ucsuz-bucaqsız bayırda gedirdik. Şah İsmayıl Koroğluya "professora söylədiyin sözlər məni incitdi" dedi

- Hansı sözüm?

- O ki millət bizdən umud kəsib sizə muraciət edir!

Abbasmirza da söhbətə qatılıb "elə mənə də dəydi o sözlər!" dedi. Koroğlu baxışını uzaqlara tikib heç nə demədi; sonra qıratın yüyəni'ni çəkib atını dayandırdı. Bir az düşünməkdən sonra təkcə bir cümlə dedi: "Söylədiyim sözlər sizə acı gəlsədə hamısı gerçəkdirlər." Sonra bir daha yüyəni cəkib yoluna davam etdi.

***

Gördüyümüz səhnələr inanılmaz idi. Hündür tikintilər dağılıb, söküntülərindən xiyavanlarda təpələr dikəlmişdi. İrəliləməyimiz çətinləşmişdi. Şəhər bir viranəyə dönmüşdü. Hər tərəfdən güllə səsi, partlama səsi gəlirdi. Başımız üstə təyyarələr şəhəri bombalayırdılar. Tüstü, toz-torpaq duman kimi şəhərin üstünü almışdı. Elə bil qiyamət günü idi. Hər tərəfə göz dolandırırdın yerə sərilmiş sahibsiz cəsədlər görünürdü. Hərdən yaralıların iniltiləri, arvad-uşağın ahü-fəğanları, dağılmış evlərdən, xarabalardan gəlirdi. Yanımdakılara baxdım; hamısı heyrətle təəccüb içində idilər. Şah İsmayıl ağzı açıq ətrafı gözdən keçirdirdi. Abbasmirza gözləri qamaşan kimi əllərini gözlərinə kölgəlik etmişdi. Koroğlunu da ağır bir etki altında görürdüm. Bədəninə sarılmış qollarım, Koroğlunun cismində bir təlatümü hiss edirdi. Hamımız heyrət içində ikən, birdən Koroğlu ordunu dayanmağa əmr etdi. Dayandıq. Atlardan düşdük.
Biz Hələbə yayın isti bir günündə çatmışdıq. Suriyə'nin iç savaşları zamanında. Atlardan düşəndən sonra dördümüzə xiyavanın qırağındakı xarabalar üstündə oturduq. Neçə dəqiqə heç birimiz heç nə danışmadıq. Hamı fikrə dalıb düşüncəli baxışlarla bir birinə baxırdılar. Mən sükutu sındırıb "indi nə etməliyik?" soruşdum. Abbasmirza mənim sorğumu cavab verib dedi: " nə edə bilərik ki!?" Şah İsmayıl sözün davamını tutub " elə bil bizdən sonrakılar cinayət törətmədə bizim dövranın üzünü ağardiblar!" dedi. Sonra Koroğlu " bu qalabalıq durumda Nəsimini hardan tapa biləcəyik biz" dedi. Mən dərhal Şah İsmayılın sözü arasına atılıb "ancaq biz zamansız adamlarıq. Nəsimini elə bu Hələbin bir bucağında tapıb görməyimizə inanıram." dedim.
Elə bu an bir üstü başı torpaqlı, paltarı didiklənmiş beş-altı yaşında oğlan uşağı arxa tərəfdən, viran olmuş bir evdən, çıxıb, bizə ərəbcə bir zadlar söylədi. Ac və susuz olduğunu duydum. Koroğlu da elə bil mənim kimi bu məsələni duymuş, dərhal çantasından bir çörək parçasını çıxardıb oğlana verdi. Abbasmirza da su qumqumasını qurşağından açıb oğlana sarı uzatdı. Oğlancığazın göy gözləri parıldayıb qumqumanı qapıb çörəklə bərabər evin xarabalarına doğru geri dönüb qaçdı. İstədim dalısıca gedib haraya qaçdığını yoxluyam; ancaq Koroğlu gil qalxıb hərəkət etməyə başladılar.

Hər yerdən od-tütün iyisi gəlirdi. Söküntülər altından çoxlu ölən adamların torpaqlara bürünmüş əl-ayaqı, başı görünürdü. Dördümüzdə kövrəlmişdik. Nəsimini bilə unutmuşduq. Televiziyadan suriyə'nin iç savaşları'nın xəbərlərini çox izləmişdim, ancaq indi bu savaşın ortasındaydım. Nəsimi'nin yaşadığı zamandan indiyə qədər, hər şey gözümün önündə film kimi canlanıb yaşanırdı. Altı yüz illik tarix beynimdə fırlanırdı... Hələbin ortasında Nəsimi'nin dərisi soyulurdu...Əfğanlar İsfəhanda başları bədənlərdən ayırırdılar, Səfəviyə devrilirdi...Tehranın Ətabək parkında Səttarxan vurulurdu*...Şeyx Məmmədi Təbrizdə öldürdülər**...bir yanda Feridunu asırdılar o biri yanda türkcə yazılan kitablar yandırılırdı***...qara yanvar doğulurdu...Xocalıda qan axırdı...

Beynimdəki film davam edərkən bir an gözümüzün önünə silhlı adamlar çıxdılar. Silahları ilə balaca bir günbəzli tikintini gülləyə basmışdılar. Bizi gördükdə qaçıb gözdən itdilər. Tikintiyə girdik. Neçə nəfər toxmaq əldə ordakı məzar daşlarını dağıdırdılar. Koroğlu bu səhnəni görcək hirslənib nərə çəkdı. Bir göz qırpımında dəlilər tökülüb məzar dağıdanları qırdılar. Məzarlara yaxınlaşdıq. Daşları parça-parça olmuşdular. Sınıq bir daşın üstündə neçə kələmə oxumalı idi: "... İmad...Nəsimi...əlvəfat[1]-807..."

Koroğlu əsəbi bir vəziyətdə dil altı danışırdı: "Diriləri öldürüb indi də ölülərin məzarindan da əl çəkmirlər bu əclaflar!" Abbasmirza dalğın durumda məzarın yanında diz üstə çökdü. Sonra koroğluya sarı üz tutub dedi: "Koroğlu! Elə bil yenə gecikdik!" Göz dolandırıb Şah İsmayıla baxdım; Bir öyrənci kimi üstadı qarşısında ədəb-ərkanla dayanmışdı. "gör nə günə salıblar bu böyük insanın məzarını!" dedim. Şah İsmayıl əllərini sınıq daşların üstünə çəkib yavaşca dedi: "Nəsimi ürəklərdə yaşayır, məzara ihtiyacı yoxdu!"

Professorun sözləri qulağımda səslənirdi: "Keçmiş yerinə, gələcəyimizi dəyişdirməliyik..."

***

Dona çayı'nın o əlinə keçdim. Şahxəndanı görüb ona nə söz deməyimi düşünürdüm. Onu gördüyüm yerə qayıtmışdım. Yerdə təkcə ağ rəngli bir baş şalı qalmış idi. Əyilib götürdüm. Galacarın kolluğuna girdim. Ayaqqabılarım su ilə doldu. İrəlilədim.

Kolluğdan keçib çəmənliyə çıxdım. Yoldaşlarım oturub hələdə şahmat oynayırdılar. Məmməd məni gördükdə "Hardaydın Yusuf! Rəhimi uturam, gəl növbə sənindir." dedi. Sonra ikisi də məni təəccüblə başdan ayağa süzdülər. Rəhim "Əlindəki nədi?" soruşdu.

- Şal dir!

- kimindi? Hardan tapdın?

- bilmirəm! Ya Nəsimi'nin dir ya da Şahxəndanın.

Mənim cavabımı başa düşməmiş kimi bir birinə baxıb sonra şahmata məşğul oldular. Məndə əlimdəki şala baxa-baxa Hələbdəki uşağa fikirləşirdim. Görəsən su ilə çörəyi qaçırdıb xarabada kimə aparirdi!?...


____________
*Azərbaycanlı qərəmanin Tehranda, ermni yıprım xan tərəfindən güllənilməsine işarə olunur.
**Təbrizli Şeyx Mühəmməd Xiyavanı
***1946 da, Təbizdə yaşanan hadisələrə işarə olunur.
XS
SM
MD
LG