Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 18:30

Anar Məmmədlinin işində məhkəmə eksperti dindirilib [Video]


Anar Məmmədlinin vəkili: "Məhkəmə finala yaxınlaşır"
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

Anar Məmmədlinin vəkili: "Məhkəmə finala yaxınlaşır"

-
Mayın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və «Könüllülərin Beynəlxalq Əməkdaşlığı» İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Budəfəki prosesdə Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən Məhkəmə Ekspertizasının mühasibatlıq üzrə eksperti Emin Məmmədli də ifadə verib.
O, yoxlama zamanı təşkilatın 2009-2013-cü illər üzrə hesabatlarında müxtəlif qanun pozuntuları aşkarladıqlarını bildirdi.

Vəkil İradə Cavadova ondan qanun pozuntularının nədən ibarət olduğunu soruşsa da, ekspert bu suallara konkret cavab verməyib.

Daha sonra iş üzrə bir neçə şahid dindirilib. Onlar Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi ilə müqavilə əsasında işlədiklərini və bu zaman hər hansı qanun pozuntularına yol vermədiklərini deyiblər.

Məhkəmə mayın 14-də davam edəcək.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkisində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı «Amnesty International» Anar Məmmədlini vicdan məhbusu sayır.
XS
SM
MD
LG