Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:29

Seçki komissiyası bildirir ki, bircə seçki məntəqəsində səs verilsə, seçki baş tutmuş olacaq


Mikhailo Okhendovsky
Mikhailo Okhendovsky
“Ukraynada bircə seçki məntəqəsi açıq olsa belə, qanun baxımından bu, seçkinin baş tutması deməkdir”.

Bunu mayın 15-də Ukrayna Mərlkəzi Seçki Komissiyasının sədri Mikhailo Okhendovsky
mayın 25-nə nəzərdə tutulan prezident seçkiləri haqda deyib. .

Onun sözlərinə görə, əgər səs verilmiş bircə seçki məntəqəsi hətta Ukrayna ərazisində olmasa, xaricdə olsa, məsələn, Vilnüsdə və ya Berlində, bu seçkiinin baş tutmasına kifayətdir.
Seçkiyə nə qədər adamın gəlməyi də Okhendovskynin izahına görə, qanun baxımından əsas deyil.

“Qanun üçün nə qədər seçicinin gəlməsi əhəmiyyətli deyil. Ancaq siyasi baxımdan bu, çox həssas məsələdir. Biz prezidentin 30 və ya 40 faiz səslə seçilməsini çox da xoşlamırıq”.
XS
SM
MD
LG