Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:34

"ASAN xidmət"in funksiyaları artırılacaq


““ASAN xidmət” hazırda 25 növ hüquqi xidmət həyata keçirir. Təsadüfi deyil ki, cəmi bir il ərzində xidmətə bir milyondan çox müraciət olmuşdur. Ona görə də biz qarşıdakı dövrdə “ASAN xidmət”in funksiyalarını daha da genişləndirməyi nəzərdə tuturuq”.

Prezident İlham Əliyev bunu “The Business Year” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan təkcə dünyadakı mövcud innovasiyaları tətbiq etməklə kifayətlənmir, həm də bir sıra yeniliklərin təşəbbüskarı kimi çıxış edir: “Bu mənada “ASAN” Azərbaycanın “brendi” hesab oluna bilər”.

Müsahibədə İlham Əliyev hökumətin gələcək planlarından danışarkən prioritetlərdən biri kimi “ölkə daxilində korrupsiyaya, rüşvətxorluğa və digər mənfi hallara qarşı sistemli mübarizənin gücləndirilməsi, vətəndaş cəmiyyətinin inkişafı”nı göstərib.

Müsahibəni AzərTAc yayıb.
XS
SM
MD
LG