Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:29

Strelok:Donbassda Rusiyadan gəlmə yaraqlılar döyüşür


Igor Girkin (Strelok)
Igor Girkin (Strelok)
Ukraynanın şərqində silahlı separatçıların əsas fiqurlarından biri olan İgor Girkin YouTube-da bəyanat yayaraq yerli əhalinin ünvanına ittihamlar səsləndirib. Özünü «Donetsk xalq respublikasının silahlı qüvvələrinin komandanı» adlandıran bu şəxs şikayət edir ki, özünümüdafiə dəstələrinə çox az adam yazılır, buna görə də «divanda oturub pivə içərək hadisələri televizordan izləyən Donetsk kişilərini» utandırmaq üçün müdafiə dəstələrinə qadınları qəbul edəcəklər.

HEÇ 1000 NƏFƏR BELƏ YOXDUR

“Qətiyyən gözləməzdim ki, bütün vilayət üzrə ön cəbhəyə gedərək həyatını təhlükəyə qoymağa hazır olan 1000 nəfər kişi belə tapılmasın”- deyə Girkin təəccübünü gizlətmir və gileylənir ki, yaraqlı dəstələrə qoşulmaq üçün döşünə döyən yerlilər uzaqdan gələn atəş səslərini eşidən kimi fikirlərindən daşınırlar.
Girkinin Lukin-lə söhəbtinin səs yazısından YT görüntüsü
Girkinin Lukin-lə söhəbtinin səs yazısından YT görüntüsü

ŞAXTAÇILAR VƏ GƏNCLƏR YARAQLILARA QOŞULMUR

Girkinin xüsusi şikayəti şaxtaçılardan və gənclərdəndir: birincilərin sükutundan təəsüfünü dilə gətirən "komandan" gəncləri kifayət qədər vətənpərvər olmamaqda ittiham edir. “Aramızda olanlar əsasən 40 yaşından yuxarı adamlardır, gənclər isə çox azdır” –deyir və gənclərin ünvanına olan ittihamlarda faktiki olaraq təsdiq edir ki, regionda quldurluq və soyğunçuluq baş alıb gedir. “Hanı o sağlam və cavan oğlanlar. Bəlkə hakimiyyətsizliyi görüb “oğrudan oğruya halaldır” deyərək quldur briqdalarına yazılıblar?”

RUSİYADAN GƏLƏN KÖNÜLLÜLƏR

Girkin, Ukrayna hökumət qoşunları ilə döyüşənlərin arasında Rusiyadan gələn könüllülərin olduğunu etiraf edir. O açıq mətnlə deyir ki, Rusiya qoşunları Donbassa girməyəcək, silahlı mübarizəni yerli əhali aparmalıdır və əlavə edir ki, sərəncamlarında kifaəyt qədər silah var: qismən böyük məbləğə pulla alınıb, qismən də yerli silah cəbbəxanalaırndan götürülüb.

UKRAYNA HAQDA BÜTÜN XƏBƏRLƏRİ BURADA İZLƏ

İGOR GİRKİN KİMDİR?

Ukrayna xüsusi xidmət orqanlarının məlumatına əsasən İgor Girkinin əsl adı İgor Strelkovdur. O, Rusiya Hərbi kəşfiyyatının polkovnikidir və regionda “Strelok” (atıcı) ləqəbi ilə fəaliyyət göstərir.

Onun separatçılarla telefon söhbətləri olduğu ehtimal edilən gizli səs yazıları dəfələrlə YT-da yerləşdirilib. Belə danışıqların birində “Strelok” yaraqlıların girov götürdüyü Kramatorsk şəhər sovetinin deputatının öldürülməsi haqda göstəriş verir.

Aprel ayında Ukrayna ordusunun 3 zabitinin dindirilməsi kadrlarında ilk dəfə mediada görünən Girkin sonradan Rusiya mediasına dəfələrlə müsahibə verərək, Slavyansk, Kramatorsk və Kontstantinovka şəhərlərində hərbi əməliyyatlara şəxsən rəhbərlik etdiyini bildirib.

ATƏT müşahidəçilərinin azad olunması zamanı Rusiya parlamentinin nümayəndəsi Lukin telefonla məhz onunla danışaraq, girovların nə vaxt azad olunacaqlarını ondan soruşur.
XS
SM
MD
LG