Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:53

«Ayna-Zerkalo» çapını dayandırır


Elçin Şıxlı
Elçin Şıxlı
-
Gözlə

No media source currently available

0:00 0:03:11 0:00
Direct-ə keçid

«Ayna» və «Zerkalo» qəzetləri mayın 31-də sonuncu saylarını buraxacaq.

Qəzetin baş redaktoru Elçin Şıxlı AzadlıqRadiosuna bildirib ki, maliyyə problemləri onu bu qərarı verməyə məcbur edib:

«Həftəlik nəşr qəzetin xərclərini ödəmir. Qəzetin bundan sonra da çap olunması mənim borc dərəsinə daha sürətlə yuvarlanmağım deməkdir. Biznesdə belə hərəkət etmək düzgün deyil. Hələlik, başqa perspektiv görmədiyim üçün qəzetin çapını müvəqqəti dayandırıram. Bir nəfəsimi dərim, görüm nə edirəm».

Elçin Şıxlı qəzetin çapının dayanmasının jurnalist Rauf Mirqədirovun həbsi ilə birbaşa əlaqəsi olmadığını desə də, bunun təsirini danmır:

«Bəzi qəzetlər maliyyə problemi ilə üzləşəndə oxuculardan kömək istəyirlər, abunə kampaniyası keçirirlər. Siz nədən belə etmədiniz» sualının cavabında baş redaktor dedi ki, bu, çıxış yolu deyil:

«Problemi kökündən həll eləmək lazımdır. Görürsünüzmü, «Azadlıq» qəzeti yenə maliyyə problemi ilə üzləşib. Belə addımlar problemin müvəqqəti həllidir, amma stabil və perspektivli həll yolu deyil».

Bəs işçilərin taleyi necə olacaq? Elçin Şıxlı deyir ki, bu suala cavab verə bilmir: «Heç öz taleyimin necə olacağını bilmirəm».

Bir aya yaxındır ki, «Ayna»-«Zerkalo» qəzetləri gündəlik nəşrini dayandırmış, yalnız həftəlik çap olunurdu.

Bu il aprelin 29-da qəzetin əməkdaşı Rauf Mirqədirov dövlətə xəyanət ittihamı ilə həbs olunub.
XS
SM
MD
LG