Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 08:56

Kredit götürməzdən əvvəl mütləq bu yazını oxu (FİFD cədvəli)


Foto: Arxiv
Foto: Arxiv

-

Gözlə

No media source currently available

0:00 0:00:13 0:00
Direct-ə keçid

«Uşaqlara görə məcbur olub 1500-2000-dək kredit götürmüşük bankdan. Aybaay ödəyirik. Uşaqlar institutda oxuyur, təhsil haqlarını necə ödəyək? Ancaq ona görə kredit götürmüşük, başqa şeyə görə götürməzdik».


Bakı sakini Gülçöhrə Quliyeva övladlarının ali təhsil xərclərini bank kreditiylə ödəyir. Deyir, aylıq faizi də üstünə gələndə, qazandıqları gündəlik dolanışığa güclə çatır. Onun sözlərinə görə, beləcə birtəhər keçinir, kreditin bitəcəyi günü gözləyirlər.

«FAİZİ SALSALAR, YAXŞI OLAR»

Gülçöhrə xanım kimi, maaşının çatmadığı problemlərini kreditlə həll edənlərin sayı minlərlədir. Kimi kreditlə məişət avadanlığı alır, kimi avtomobil, ev, kimi də nağd pul götürüb borcunu ödəyir, ya da evini təmir etdirir. Kreditlə məzuniyyətini başqa ölkələrdə keçirənlər də az deyil. Son vaxtlar supermarket və ticarət mərkəzlərində kredit kartıyla alış-veriş edənlərə də tez-tez rast gəlirik. Fikrini soruşduğumuz Bakı sakinlərindən heç vaxt kredit götürmədiyini deyənlər az olmasa da, bank borcları yadlarına düşüb qanı qaralanlar, yüksək faizdən gileylənənlər də oldu:

Gözlə

No media source currently available

0:00 0:00:54 0:00
Direct-ə keçid

- 30 min borcumuz var. Yoldaşımın biznesinə görə götürmüşük.
- Banka heç vaxt borcum olmayıb. Mənə lazım deyil.
- 7 banka borcum var. Sağ olsunlar banklar. Onlar olmasaydı, neyləyərdik? Birinə 5 min manat borcum vardı, pulunu istəyirdi. Bankdan götürüb verdim. İndi aybaay birinə 50, digərinə 100, birinə 113 manat ödəyirəm.
Foto: Arxiv
Foto: Arxiv
- Banka heç vaxt getməmişəm pul üçün. Çünki aldadırlar.
- Borcum-zadım yoxdur. Kişinin borcu olmaz. Kişi borc verər.
- Millətin hamısı bankdadır da. 2 minədək borcum var. Hamı borcdadır. Millət hamısı banka işləyir də. Banklar da faizi salsalar, yaxşı olar.


2013-cü ilin avqustunda sığortalanan əmanət faizləri 12 faizdən 10 faizə, bu il mayın 19-dan 9 faizə salınsa da, kredit faizləri yüksək olaraq qalır. İqtisadçılar ötən il kredit faizlərinin də düşəcəyini proqnozlaşdırırdı, ancaq istehlakçılar bunun hiss olunmadığını deyirlər.

«YÜKSƏK OLAN PƏRAKƏNDƏ KREDİTLƏRDİR»

Bakı sakini Tofiq Məmmədov əmanətini etibarlı banka qoymağa üstünlük verir. Bu səbəbdən faizin salınması onu elə də narahat etmir. Əmanətçi kredit faizlərinin yuxarı həddinə diqqət çəkir:

Gözlə

No media source currently available

0:00 0:04:16 0:00
Direct-ə keçid

«2-3 il əvvəl 13 faiz idi. İndi daha etibarlı banklar 9-9.5 faizlə sığortalayır əmanəti. Əlbəttə, əmanətin daha etibarlı bankda olması lazımdır. Ancaq əmanətlərlə bağlı başqa qüsurlu məqamlar var – əmanəti avroyla yatırmaq istəyəndə, faiz 2 dəfədən çox aşağıya düşür; 2 aylıq əmanət yatırıb götürmək istəsəniz, qəbul etmirlər ki, minimum 3 ay bankda qalmalıdır və s. Üstəlik, bankın verdiyi kreditlə əmanət faizi arasındakı fərq çox böyükdür. Hökumət əmanətə daha ciddi yanaşır, nəinki kreditə.
Dollar
Dollar
Bank əhalinin pulunu əmanət kimi alıb, kredit verirsə, faizlə dolanırsa, niyə bu qədər fərq olmalıdır? Buna görə də banklar iflasa uğrayır, etibarsız müştərilərə kredit verməyə məcbur qalır. Bəzən bank verdiyi kreditlərin 30-40 faizini geri ala bilmir. Kredit də əmanət kimi ciddi tənzimlənsə, gələcək fəsadların qarşısı alınar».


Bir müddət əvvəl Əmanətlərin Sığortalanması Fondunun direktoru Azad Cavadov AzadlıqRadiosuna müsahibəsində biznes kreditlərinin 12-15 faizlə verildiyini söyləyib. Fond sədri yalnız pərakəndə kreditlərin yüksək faizlə verildiyini deyib. Azad Cavadovun sözlərinə görə, bank 10 faizlə əmanət qəbul edib 12 faizlə kredit verə bilməz.

36 FAİZLƏ KREDİT GÖTÜRƏN SAHİBKAR

Bu da var ki, dövlət xəttiylə güzəştli kredit ala bilməyən, yüksək faizli kreditə üz tutan sahibkarların, fermerlərin sayı az deyil. Masallıda heyvandarlıqla məşğul olan Toğrul Məhərrəmli Sahibkarlığa Kömək Milli Fondundan kredit ala bilməyənlərdəndir:

Gözlə

No media source currently available

0:00 0:02:20 0:00
Direct-ə keçid

«6 faizdən verilən kreditə əlimiz çatmır, öz yaxın adamlarına verirlər. Sırf heyvandarlığın inkişafı üçün uzunmüddətli kreditlər verilsə, yaxşı olar. Gərək bundan ötrü dövlət proqramı olsun. Məcbur olub 36 faizlik kredit götürürük. Yaşadığım Həsənli kəndində banka borcu olmayan ailə yoxdur. 5 min manat götürmüşəm. Aya 224 manat ödəyirəm. Sərf eləmir».


20%-DƏN BAŞLAYAN KREDİT FAİZLƏRİ

Bir neçə bankın təklif etdiyi kredit faizlərinin müqayisəsi bu həddin ortalama 20%-dən başlandığını göstərir. Biznes kreditlərinin bankların saytlarında göstərilən ən aşağı həddi 14% civarındadır.

Bankın adıFİFD (Faktiki İllik Faiz Dərəcəsi)

AccessBank

İpoteka
Mikro-kreditlər:
Aqro kreditlər:

Nağd kredit:

Təmir krediti:

13.91%-25.95%

20.95%-43.36%

20.95%-43.36%

28.98%-38.2%

17.93%-27.97%

Kapitalbank

İstehlak kreditləri:
Gündəlik tələbat krediti:
Biznes kreditləri:

30.52%

30.52%

-

Azərbaycan Sənaye Bankı (ASB)

Nağd Pul Krediti:
Avtomobil Krediti:
İpoteka krediti:
Biznesə Dəstək Krediti:
SKMF Kreditləri:
K/T üzrə Mikro Kreditlər:
Xırda Ticarət üzrə Mikro Kreditlər:
İstehlak üzrə Mikro Kreditlər:

18.48%-26.01%

24.22%-31.99%

15.22%-19.06%

14.60%-19.28%

3.45%-4.51%

23.33%-26.95%

23.33%-26.95%

23.33%-26.95%

Bank Respublika

Bir kredit - Bir bank:
Kiçik biznesim:
Məişət avadanlığı krediti:

27%

30%

33%

Bank Standart

Biznes kreditləri:

İstehlak kreditləri:
İpoteka krediti:

18%-19%

20-25%

12%

Bank Tecnhique

İstehlak:
Avtokredit:
Mikro-kredit:
Biznes krediti:

18%-24%

18%

24%-28%

16%-24%

Muğanbank

Mikrokreditlər:

Avtomobil krediti:

22%-36%;
25.83%-31.54%


NƏYİN HESABINA 17 FAİZ ALINIR?

İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, bütövlükdə baxanda, kredit faizlərində son 1-2 ildə təxminən 1 faiz həndəvərində azalma var:

Gözlə

No media source currently available

0:00 0:07:02 0:00
Direct-ə keçid

«Reallıqda düşmə olsa da, yüksək faizlər fonunda hiss olunacaq dərəcədə deyil. Hazırda orta faiz dərəcəsi 17 civarındadır, bir il bundan əvvəl 17 faizdən yuxarı idi. Ancaq bu ortalama 17 faiz dövlət büdcəsindən ayrılan güzəştli kreditlərin – İpoteka Fondunun 8 və SKMF-nin 6 faizlik və Rabitə Nazirliyi nəzdindəki fondun 5 faizlik kreditləriylə bağlıdır. Kredit bazarında bu son güzəştli kreditlərin payı çox azdır. İnsanlar illik 22-24 faizlə kredit götürürlər. ABŞ və Qərbi Avropa ölkələrində kreditin illik faiz dərəcəsi 3-4 faiz civarında dəyişir. Mərkəzi və Şərqi Avropa ölkələrində faiz artsa da, adətən – 7-8 faiz olur, uzağı – 10 faizə çatmır. MDB ölkələri ərazisində həmin rəqəm 2 dəfəyədək artır. Ancaq Azərbaycanda əmanət faizi də yüksəkdir.
Samir Əliyev
Samir Əliyev
Kreditin maya dəyəri 3 amildən asılıdır: birincisi, cəlbedilən resursun dəyəridir ki, ölkədə kredit portfelinin yarısı əmanətlər hesabına formalaşır. 2-ci komponent bankların xərcidir. Bankların rəsmi və qeyri-rəsmi xərcləri var. 3-cü komponent bankın gəliridir ki, bu da orta hesabla 4-5 faizdir. Yəni kreditlər 20-30 faiz arasında olsa da, bank gəliri 4-5 faizi keçmir».


«TƏXMİNƏN 16 MİLYARD MANATLIQ KREDİT AYRILIB»

Mərkəzi Bankın məlumatına görə, bu il aprelin 1-dək ümumi kredit qoyuluşları təxminən 16 milyard (15,9412) manat olub. ANS bunun təxminən 6 milyard manatının, yəni 40 faizindən çoxunun istehlak kreditlərindən ibarət olduğunu yazır: «Beləliklə, istehlak kreditlərinin ümumi kredit portfelində payına görə biz hər şeyi kreditə alan qərbliləri iki dəfə qabaqlayırıq. Qərbdə istehlak kreditləri ümumi kredit portfelinin 20 faizini aşmır».

Dövlət Statistika Komitəsi sözügedən ümumi kreditin 77.8 faizinin uzunmüddətli xarakter daşıdığını və 5.4 faizininsə ödəmə vaxtının keçdiyini bildirir.

MƏRKƏZLƏŞDİRİLMİŞ KREDİTİ KİM ALIR?

İqtisadçı Samir Əliyev kredit faizlərinin azalmasını hədəfləyən tədbirlər sırasında Mərkəzi Bankla hökumətin öhdəliklərini xatırladır:

Gözlə

No media source currently available

0:00 0:04:35 0:00
Direct-ə keçid

«Mərkəzi Bank və hökumətin üzərinə düşən öhdəliklər bir-birindən fərqlənir. Bankların xaricdən resurs cəlb etmək imkanı məhduddur, çünki kredit reytinqi aşağıdır. Bizdə A kateqoriyalı bank yoxdur. Tək-tük bank xaricdən resurs cəlb edir. Digərləri vasitəçi banklara üz tutur. Həmin yerli və ya xarici bank krediti ucuz (3-4 faizlə) götürür, yüksək faizlə banklara verir. Mərkəzi Bank mərkəzləşdirilmiş kreditlər ayırsa da, az sayda bank ondan yararlana bilir. Hökumətin atacağı addım isə bank sistemindən kənardır. İqtisadi risk çoxdur, girov mexanizmi sadələşdirilməlidir. Müstəqil məhkəmə hakimiyyətinin olmaması bank və müştəriləri xeyli əziyyətə salır.
Mərkəzi Bank
Mərkəzi Bank
Vergi-gömrük problemləri də var. Problem bank sistemindən çox, kənardan qaynaqlanır. Nəticədə bank istənilən – rəsmi və qeyri-rəsmi, qanuni və qanunsuz xərcləri kreditin maya dəyərinə otuzdurur».


UÇOT DƏRƏCƏSİ DÜŞSƏ DƏ...

Bəzi ölkələrdə uçot dərəcəsinin aşağı salınması da kreditləri ucuzlaşdırır. Mərkəzi Bank banklara krediti uçot dərəcəsinə uyğun faizlə verir. Bu faizlə resurs alan bankın kredit faizini endirəcəyi də qaçılmazdır. Ancaq 2008-ci ildə 15 faiz olan uçot dərəcəsi bir il sonra 2 faizə endirilib, kredit faizində isə elə bir dəyişiklik baş verməyib. Ötən ilin fevralında 4.75% olan uçot dərəcəsi bu il mayın 1-dən 4.25 faizə düşüb.

Bu ilin ilk rübündə Mərkəzi Bank mərkəzləşdirilmiş kreditləri, əsasən, hansı banklara verib? Bank sığortalanan əmanətlər üzrə faiz dərəcələrinin aşağı salınmasının kredit bazarına real və potensial təsirlərini qiymətləndirirmi? İqtisadçılar müvafiq risk-analizin aparılmasını, buna uyğun tövsiyələrin hazırlanmasını vacib sayırlar. Əks halda, əmanət faizləri azalsa da, kredit bazarında durumun ciddi dəyişməyəcəyi proqnozlaşdırılır.

Mərkəzi Bank, hələlik, AzadlıqRadiosunun sorğusunu cavablandırmayıb.

XS
SM
MD
LG