Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:49

Ölkənin 35 faizi kitab oxumur - SORĞU


-

Rusiya əhalisinin 35 faizi kitab oxumur. Oxuyanlar arasında isə ən populyar kitablar “qadın romanları”, sevgi haqda kitablardır.

Bu, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin (ВЦИОМ) keçirdiyi sorğu zamanı məlum olub.

Rəyi soruşulanların 13 faizi deyib ki, kitab oxumaq istəyəndə sevgi haqda olanları seçir.

Populyarlığına görə ikinci yerdə olanlar – tarix haqda kitablar və tarixi romanlardır (11 faiz). Bunlar daha çox yaşı 35-dən artıq olanlar arasında populyardır.

Klassik rus və dünya ədəbiyyatı nümunələrini oxuyanlar 9 faizdir.

Fantastik ədəbiyyatın fanları da təxminən bu qədərdir.

Uşaq ədəbiyyatının göstəriciləri də yüksəkdir – 8 faiz.

Daha sonra dini ədəbiyyat (6 faiz), poeziya (5 faiz) gəlir.

Kitab oxumayanlar arasında yaşı 45-dən yuxarı olanlar çoxluq təşkil edir.

18-24 yaşı arasında olanların 4-ündən 1-i faktiki olaraq kitab oxumur.

2013-cü ildə Rusiyada ən çox alınan kitab Britaniya yazıçısı E.L.James-in “Bozun 50 çaları” adlı erotik romanı olub.

İlk dördlükdə onun daha iki kitabı var.

Rusiya yazıçıları arasında ən populyar kitabın müəllifi isə Boris Akunindir (“Qara şəhər”).

Bununla belə rusiyalının 3 ay ərzində oxuduğu kitabların sayı artmaqdadır. Əgər 2011-ci ildə bu göstərici 4 kitabdan az idisə, indi 4,5 kitabdır.
XS
SM
MD
LG