Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 20:56

"Gözlərimdəki və dərimdəki sarılıqdan əsər-əlamət qalmayıb"


Aqşin Yenisey
Aqşin Yenisey
-

Bakıdakı Mərkəzi Gömrük Hospitalında müalicə alan şair Aqşin Yeniseyin səhhəti yaxşılaşır.

Qaraciyər serrozu və sarılıq xəstəliyindən əziyyət çəkən Aqşin Yenisey iyunun 4-də “Media forum” saytına danışaraq səhhətində yaxşılığa doğru irəliləyişin olduğunu bildirib:

“Hər gün xüsusi yoxlanışlardan keçirəm, iki gündən bir qan analizi götürülür, tibbi avadanlıqlarla daxili orqanlarımın vəziyyəti öyrənilir. Daxili orqanlarda heç bir pozuntu yoxdur. Yalnız qaraciyərin yuyulması prosesi gedir. Müalicə nəticəsində qaraciyərdə olan problemlər də keçib gedəcək.

Xəstəxanaya yeni gələndə gözlərim və dərim sapsarı idi. Hazırda o sarılıqdan heç bir əsər-əlamət qalmayıb. Həmçinin analizlərdə yüksək zərərverici göstəricilərin miqdarı çox yüksək idi. Amma müəyyən müalicələr aparıldıqdan sonra həmin göstəricilərin hamısında azalma müşahidə olunur. Məsələn, xəstəxanaya gələndə bilirubin maddəsinin miqdarı 31 idi. Amma bu gün həkim miqdarın 11-ə düşdüyünü dedi. Normal insanda da bu göstərici 11 və ya 12 olmalıdır.

Səhhətimdə elə də ciddi problemlər olmasa da, xəstəxanadan nə vaxt çıxacağım barədə danışmaq hələ tezdir. Müalicəmin ilkin mərhələsi başa çatmaq üzrədir. Həkimlərin bundan sonra nə qərar qəbul edəcəyi əsasdır.”
XS
SM
MD
LG