Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:30

Leyla Yunus NATO-nun Bakıdakı seminarında siyasi məhbuslarla bağlı aksiya keçirib


Leyla Yunus
Leyla Yunus
-
İyunun 16-da Bakda NATO Parlament Assambleyasının 86-cı «Rose-Roth» seminarı başlayıb.

Seminarda iştirak edən Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus sessiya başlamamışdan iştirakçılara SDİ-nin yanında yaradılmış Repressiyalara Qarşı Müqavimət Mərkəzinin bəyanatını verib, ölkədəki siyasi məhbusların və vicdan məhbusların şəkilləri əks olunan plakatlar paylayıb.

Bu haqda AzadlıqRadiosuna Leyla Yunus məlumat verib.

Repressiyalara Qarşı Müqavimət Mərkəzinin bəyanatında bildirilir ki, Azərbaycanda repressiyalar nəticəsində gənc fəallar, jurnalistlər, vəkillər, hüquq müdafiəçiləri həbsdədir.

Azərbaycanda 130-dan çox siyasi məhbus var, onlardan 40-ı vicdan məhbusudur.
XS
SM
MD
LG