Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 11:42

Cinsi azlıqlar «Prezident, cavab ver!» kampaniyasına çağırır


-
LGBT-çilər Avropa parlamentarilərini «Prezident, cavab ver!» kampaniyasına qoşulmağa çağırır.

Bu barədə «Nəfəs» LGBT Azərbaycan Alyansından AzadlıqRadiosuna verilən məlumatda deyilir.

Məlumata görə, Kampaniya çərçivəsində Siyasi Məsələlər və Demokratiya, Hüquqi Məsələlər və İnsan Hüquqları, Bərabərlik və Qeyri-Diskriminasiya, Üzv Ölkələrin Vəzifə və Öhdəliklərin Yerinə Yetirilməsi komitəsi (Monitorinq Komitəsi) olmaqla, bu komitələrə daxil olan AŞPA – nın 133 üzvünə, həmçinin Avropa Liberallar və Demokratlar Partiyasının 56, Avropa Azadlıq və Demokratiya Partiyasının 60, Yaşıllar/Avropa Azadlıq Alliyansınn 55, Sosial Demokratlar Partiyasının 194 üzvünə kampaniyaya qoşulmaq barəsində müraciət göndərilib.

«Azərbaycanın LGBT hüquqları ilə bağlı öz üzərinə götürdüyü vəzifə və öhdəlikləri yerinə yetirib-yetirməməsi ilə bağlı, Azərbaycanda LGBT insanlarının hüquq və azadlıqlarının durumu ilə bağlı vəziyyətin parlamentdə müzakirəyə çıxarılması, maraqlandıran məqamlardandır», deyə məlumatda bildirilir.

Onlar avropalı deputatları aparılan müzakirələrdə, Azərbaycan rəsmiləri ilə görüşlərdə insan hüquq və azadlıqlarının timsalında Azərbaycanda LGBT hüquqlarına diqqəti yönəltməyə çağırır.

LGBT-çilər hesab edir ki, onların hüquqlarının inkişaf etdirilməsi, istər hüquqi müdafiə, istər təhsil, istər səhiyyə, istərsə də əmək hüquqlarını əhatə edən qanunvericilik layihələrinin qəbulu və icrasında heç bir ciddi addımlar atılmayıb.

Təşkilat olaraq Nəfəs LGBT qeydiyyata alınmayıb.
XS
SM
MD
LG