Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə azad ticarət sazişlərini imzaladı


Jose Manuel Barroso, Petro Poroshenko və Herman Van Rompuy - 27 iyun 2014
Jose Manuel Barroso, Petro Poroshenko və Herman Van Rompuy - 27 iyun 2014

-

Ukrayna, Gürcüstan və Moldova iyunun 27-də Brüsseldə Avropa Birliyi ilə iqtisadi və siyasi sazişlər imzalayıb.

Azad ticarət və siyasi əməkdaşlıq sazişlərinin imzalanması bu 3 ölkənin Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmasında böyük addım hesab olunur.

Avropa Birliyi Şurasının sədri Van Rompuy deyib ki, gələcək nəsillər bu günü yadda saxlayacaq.

Van Rompuy və Avropa Komissiyasının sədri Barroso deyib ki, bu 3 ölkənin Avropa Birliyinə yaxınlaşması Rusiyanın əleyhinə deyil.

Ukrayna prezidenti Petro Poroshenko bildirib ki, Ukrayna özünün Avropa arzusunun yerinə yetməsinə son aylar çox yüksək haqq ödəyib.

Gürcüstanın baş naziri İrakli Garibashvilinin fikrincə, Avropa ailəsinin üzvü olmaq Gürcüstanın istəyidir.

Moldovanın baş naziri Lurie Leanca isə deyib ki, bu sazişlər Moldovanın gələcəyidir.

***

İyunun 27-də Ukrayna, Gürcüstan və Moldova Brüsseldə Avropa Birliyi ilə əsas sazişləri imzalamaqla Qərbə doğru böyük bir addım atacaq, Moskvadan uzaqlaşacaq. İmzalanma mərasimi Bakı vaxtı ilə 12-də baş tutmalıdır.

UKRAYNA ÜÇÜN YENİ PERSPEKTİV

Ukrayna AB ilə daha yaxın iqtisadi əlaqələrə dair saziş imzalayacaq. Saziş Dərin və hərtərəfli Azad Ticarət Razılaşması (ingilicsə- DCFTA) adlanır.

Moldova və Gürcüstan isə AB ilə daha sıx siyasi münasibətləri hədəfləyən Assosiasiya sazişi, və DCFTA də imzalayacaq.

Ukrayna prezidenti Petro Poroshenko AB-nin Brüssel qərargahına gəlib. Deyib ki, bu gün Ukrayna üçün «yeni perspektiv» açır, bu günü Ukraynanın müstəqilliyindən bəri «ən tarixi günlərdən biri» adlandırıb.

500 MİLYONLUQ İSTEHLAKÇI BAZARINA ÇIXIŞ

Ötən noyabrda Ukraynanın keçmiş prezidenti Viktor Yanukovych-in sazişləri imzalamaqdan imtinası Avromaydan etirazlarını doğurdu və o, tutduğu postdan getməli oldu. Rusiya Krımı anneksiya edəndən sonra martda AB və Kiyev siyasi saziş imzaladılar.

Brüssel Kişinyov və Tbilisi ilə siyasi və ticarət paktlarını bu ilin sonunda imzalamağı planlaşdırırdı, ancaq Moskvanın prosesi əngəlləcəyindən çəkinib tarixi önə çəkdi.

Bu sazişlər 3 ölkəyə AB-nin 500 milyonluq istehlakçı bazarına məhdudiyyətsiz çıxış imkanı yaradacaq.

Avrasiya İqtisadi İttifaqını yardan Rusiya ticarət qadağaları qoymaqla hədələyib.

RUSİYADAN MOLDOVA ŞƏRABINA QADAĞA

Moldovanın baş naziri Iurie Leanca deyib ki, ölkəsinin 2015-ci ilin ikinci yarısında AB üzvlüyünə müraciət edə biləcəyinə ümid bəsləyir. Ancaq o, bunun özünün Liberal Demokratik Partiyasının bu ilin sonunda seçkiləri qazanmasından asılı olduğunu deyib.

Leanca bildirib ki, paktlar ölkənin inkişafında «çox mühüm mərhələdir» ancaq «son məqsəd» deyil.

Rusiyanın Moldovadan ixraca, özəlliklə şəraba qadağası ilə bağlı Leanca söyləyib ki, məhdudiyyətin azalması üçün Rusiya ilə danışıqlar aparılıb.

Moldova prezidenti Nicolae Timofti iyunun 26-da yaydığı bəyanatda deyib ki, AB ilə sazişlərə «Moldovanın MDB-dəki tərəfdaşları düşmənçiliklə baxmamalıdır».

Onun sözlərinə görə, bu ölkələr «yanlarında daha güclü, çiçəklənən Moldovanın olmasından qazanacaqlar».

XS
SM
MD
LG