Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 19:35

QMİ etibarsız təqvimləri təxribat hesab edir


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi

-

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycanda etibarsız Ramazan təqvimlərinin paylanmasını təxribat hesab edir. İdarənin mətbuat xidmətinin yaydığı xəbərə görə, bu cür təqvimlər həm də əhali arasında çaşqınlıq yaradır. Məlumata görə, təqvimlər İçərişəhər Cümə, Məşədi Dadaş və Təzəpir məscidləri adından paylanır:

«Bu təqvimlərdə göstərilən iftar və imsak vaxtları fərqlidir və əhali arasında çaşqınlıq yaradır. Bu şəkildə çap edilib yayılan təqvimlərin məqsədi Azərbaycan müsəlmanları arasında təfriqə yaratmaq, mənəvi birliyimizə xələl gətirməkdən başqa bir şey deyildir. Əhalini sayıq olmağa, belə təxribatlara uymamağa çağırırıq».

Məlumatda bildirilir ki, istəyənlər QMİ-ni hazırladığı təqvim nüsxələrini məscidlərdən pulsuz əldə edə bilərlər.

Məşədi Dadaş məscidinin rəhbəri Hacı Şahin Həsənli də onların adından paylanan təqvimlərdən narahat olduqlarını bildirdi:

«Bu məscidlərin adından kimlərsə təqvim çıxarıb yayır. Bu təqvimləri yayarkən bizim məscidin də adını çəkirlər. Əslində bu təxribatdır. Bu məscidlər o cür təqvim çıxarmayıblar. Bunun kimlər tərəfindən və hansı məqsədlə edilməsi hələlik bəlli deyil. QMİ-nin bəyanatı da bu cür təxribatların qarşısının alınması üçün verilib».

XS
SM
MD
LG