Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:46

“Bütün hallarda Putinin aqibəti pis olacaq”


Boris Akunin
Boris Akunin

-

“Bütün hallarda Vladimir Putinin aqibəti pis olacaq. Bu ya saray çevrilişi olacaq, ya da sosial partlayış. Rejim seçkidən imtina edəndə xalqın başqa çıxış yolu qalmır”.

Tanınmış yazıçı Boris Akunin bunu Almaniyanın “Deutsche Welle” radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti cəmiyyətin təkamül yolu ilə dəyişməsi üçün imkanların üstündən xətt çəkib. Akunin özünün də siyasi təkamül tərəfdarı olduğunu xatrlatsa da, artıq Rusiya hakimiyyətinin “kütlüyü və axmaqlığı ucbatından” bunun mümkün olmadığını söyləyib:

“Bu rejim sadəcə, belə böyük və mürəkkəb ölkəni idarə etmək iqtidarında deyil. O, iqtisadi və təşkilatı cəhətdən effektiv deyil. 21-ci əsrdə Rusiyanı bir nəfər təkbaşına idarə edə bilməz, ictimai nəzarət mexanizmi olmalıdır, hakimiyyət bölünməlidir. Bütün bunlar iflasla bitəcək, ilk olaraq da iqtisadi iflasla”.

Yazıçının fikrincə, bu gün Rusiyada hay-küyçü vətənpərvərliyin hakim olması 1-ci Dünya Müharibəsi ərəfəsində Rusiya İmperiyasını bürümüş ura-patriotluğa bənzəyir. O zaman da, siyasi opponentlərdən düşmən düzəldilir, repressiyalar güclənirdi. Akunin xatırladıb ki, o zaman cəmi bir neçə ilə Rusiyada inqilab baş vermişdi.

Yazıçı deyir ki, bəzi rus ziyalıları həqiqətən də Putinin siyasi xəttini bəyənir. Amma bəziləri ura-patriotların xorunda qorxularından oxuyurlar.

“Teatrı, muzeyi, yaxud hansısa böyük layihəsi olan, hökumətdən asılı olan adam seçim etməli olur: ondan ötrü nə daha vacibdir? Peşəsi, yoxsa ictimai mövqeyi. Mənim kimi heç kəsdən asılı olmayan peşə sahibi üçünsə düşündüyünü dilə gətirmək asandır. Bir kompüterimizdi, bir kağızımız, bir də rus əlifbası. Bizə ayrı heç nə lazım deyil”.

Hazırladı: R.Qəmbərov

XS
SM
MD
LG