Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:25

Gənc bloqqer: «Hörmətli də deməyə dilim gəlmir...» [Video]


Məhkəmə hökmündə 70 manat 34 qəpik cəza
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

Məhkəmə hökmündə 70 manat 34 qəpik cəza

-

«İnsan üçün onun vicdan məhkəməsi ən önəmli olanıdır. Orada nə üzəduran şahid var, nə qondarma cinayət işinə, nə də ki, sizlər kimi saxta hakimlərə ehtiyac duyulur. Mən vicdanım qarşısında təmizəm və bu mənə yetir».

Həbsdə olan bloqqer Ömər Məmmədov məhkəmədəki son sözündə belə deyib.

İyulun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Ömər Məmmədovun məhkəməsi davam edib. Gənc bloqqer məhkəmədə son söz söyləyib.

«BURA MƏNİM ÜÇÜN BIR NÖV GÖRÜŞ YERİNƏ ÇEVRİLİB»

O, özünü təqsirkar bilmədiyini və ittihamları qəbul etmədiyini bildirib. Həbsinə səbəbsə «Facebook»da admini olduğu «AZTV-dən seçmələr» səhifəsini həbsinə səbəb göstərən Ömər Məmmədov məhkəmədən ədalət gözləmədiyini də vurğulayıb:

«Buraya dostlarımı və valideynlərimi görmək üçün gəlirəm. Bura mənim üçün bir növ görüş yerinə çevrilib. Hüququn aliliyinin qorunmadığı bir məmləkətin məhkəməsindən ədalət gözləmək axmaqlıqdan başqa bir şey deyil. Lakin sizlər, –hörmətli də deməyə dilim gəlmir – hakimlər, özünüz də bilirsiniz ki, ədalətsiz hökm və qərar çıxarmağa görə CM-də 3 il həbs cızası nəzərdə tutulur».

«SİZƏ VERİLƏN SİFARİŞİ YERİNƏ YETİRİN»

Ömər Məmmədov həbsdəki NİDA-çıların və digər məhbusların adını çəkərək bildirdi ki, özü də daxil, onların hamısını hakimiyyət girov götürüb.

Gənc bloqqer çıxışını bitirəndən sonra hakim ondan hər hansı istəyinin olub-olmamasını soruşub. O, sualı belə cavablandırıb: «Heç bir istəyim yoxdur. Sizə verilən sifarişi yerinə yetirin».

Ardından hakimlər müşavirəyə yollanıb. İfadəsini bitirər-bitirməz, nəzarətçilər Ömər Məmmədovun qollarını dəmir barmaqlıqlar arxasında qandallayıblar. Bu davranış onun anasının etirazını doğurub:

«Utanmırsınız, valideynlərinin gözü önündə övladının qoluna qandal vurursunuz? Dəmir qəfəsdən o, haraya qaça bilər ki?».

5 İL HƏBS VƏ 70 MANAT 34 QƏPİK...

Uzun sürən müşavirədən sonra hakimlər qərarı açıqlayıblar. Ömər Məmmədov 5 il azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli həbsxanada çəkəcək. Hökmdəki bir məqam da diqqət oyadıb: Ömər Məmmədov ekspertiza xərclərini ödəmək üçün dövlətin hesabına 70 manat 34 qəpik keçirməlidir...

Gənc bloqqer 2014-cü il yanvarın 24-də həbs olunub. İstintaq məlumatına görə, onun üstündən 6 qram heroin götürülüb. Dövlət ittihamçısı ona 6 il həbs cəzası istəmişdi.

XS
SM
MD
LG