Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:38

Elçin Behbudov hüquq müdafiəçisi ilə bağlı prezidentə müraciət edib


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov həbsdə olan hüquq müdafiəçisi Emil Məmmədovla bağlı prezidentə müraciət edib. Komitə sədrinin AzadlıqRadiosuna bildirdiyinə görə, müraciətdə Emil Məmmədovun azadlığa buraxılması xahiş olunur:

«Emil Məmmədovu şəxsən tanıyıram. Yaxşı insandır, hüquq müdafiəçisidir. Onun həyat yoldaşı da kömək üçün mənə müraciət etmişdi. Ona görə mən də prezidentə müraciət yazdım ki, onun azadlığa buraxılmasına yardımçı olsun. Güman edirəm müraciətin nəticəsi olacaq».

Emil Məmmədov mayın 13-də zorla pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb. Mayın 14-də Salyan rayon Məhkəməsi onun barəsində 3 ay həbs-qətimkan tədbiri seçib.

Hüquq müdafiəçisi ittihamları sifariş hesab edir və özünü günahkar saymır.

XS
SM
MD
LG