Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

«İlham Əliyev oliqarxların pullarını nəzarətə götürür»


Foto: Arxiv
Foto: Arxiv

-

«Azadlıq» qəzeti prezident İlham Əliyevin banklarla bağlı son tənqidi fikirlərinə geniş yer ayırıb. Qəzet yazır ki, Azərbaycanda 40-dan artıq bank fəaliyyət göstərir:

«Bu bankların əhəmiyyətli hissəsi məmur-oliqarxlara, yerdə qalanı da hakimiyyətə yaxınlığı ilə seçilən şəxslərə məxsusdur. Bu banklarda kredit portfeli 15-17 milyard civarındadır. Həmin vəsaitin də təxminən 5 milyardı əhalinin əmanətidir, yerdə qalanı isə oliqarxlara məxsusdur. Beləliklə, aydın oldu ki, banklar da, oradakı pullar da İlham Əliyevin komandasında və yan-yörəsində olan adamlarındır. Ölkə başçısı da onların kredit portfelini öyrənmək istəyir və investisiya kreditləri verməyi tələb edir».

«İSRAİLİN QARABAĞLA BAĞLI MÖVQEYİ AYDINDIR»

«İsrail hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi var».

Bunu apa agentliyinə müsahibəsində İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Səfir bildirib ki, bu mövqeyi bu yaxınlarda İsrail prezidenti Shimon Peres açıqlayıb:

Shimon Peres və İlham Əliyev - 2009
Shimon Peres və İlham Əliyev - 2009

«May ayında xarici işlər naziri Avigdor Lieberman da Bakıda olarkən bu mövqeyi bəyan edib. Kimsə nə isə deyirsə, bunun İsrail hökumətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə heç bir dəxli yoxdur. Bizim mövqeyimiz aydındır. Bizim situasiyanı nəzərə alsaq, problemlərin sülh yolu ilə həllinin tərəfdarıq. İkincisi, biz ATƏT-in Minsk Qrupunu dəstəkləyirik. Üçüncüsü, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu, İsrailin mövqeyidir».

Qəzza sektorunda baş verən son hadisələrə də toxunan səfir deyib ki, «biz Fələstin xalqına deyil, «Həmas» və «İslami-Cihad»a qarşı mübarizə aparırıq».

«SOVETSKİ»DƏ SÖKÜNTÜLƏRƏ ETİRAZLAR BAŞLADI

«Bizim Yol» qəzeti yazır ki, «Sovetski»də söküntü işlərinə Nəriman Nərimanov prospektindən başlanıb.

Camaat köçmək üçün onlara təzyiq göstərildiyini bildirirlər. Sakinlərdən Əli Hüseynovun dediyinə görə, su təminatı və elektrik enerjisinin verilməsində tez-tez fasilələr olur:

Siyavuş Novruzov
Siyavuş Novruzov

«Qonşunun evini sökürlər, toz-torpaq içində biz boğuluruq. Bu da evimizi tərk etmək üçün göstərilən təzyiqdir».

«AZƏRBAYCAN REGİONDA ƏN GÜCLÜ ORDUYA MALİKDİR»

YAP icra katibinin müavini Siyavuş Novruzovun bu fikirlərini «Yeni Azərbaycan» qəzeti dərc edib:

«Elə bir neçə gün öncə Azərbaycan Ordusu işğal olunmuş ərazilərə yaxın yerdə irimiqyaslı təlimlər keçirib. Bura 10 mindən artıq canlı qüvvə, o cümlədən yeni hərbi texnikalar, havadan müdafiə sistemi, hava hücumu sistemi və digər qurğular cəlb olunmuşdu. Bu da Ermənistanı çox narahat edib. Ermənistanın həm siyasi, həm də hərbi dairələri böyük narahatlıq keçirir. Bu, Ermənistan mətbuatında çox geniş yer alıb... Naxçıvan Hərbi Qarnizonunda, eləcə də cənab Prezidentin özünün iştirakı ilə Silahlı Qüvvələr Günü münasibətilə Bakı Qarnizonunda keçirilən təlimlər göstərir ki, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regionda ən güclü, ən qüdrətli orduya malikdir».

XS
SM
MD
LG