Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:45

Faizsiz kreditlə torpaq satan «Sevil» MMC-də nə baş verir?


"Sevil Massivi"
"Sevil Massivi"

-

«Yeni Müsavat» qəzetinin 22 iyul tarixli sayında «Prokurorluq sabiq nazirin oğlunun tikinti şirkətini möhürlədi» adlı reportajda «Sevil» MMC-nin qapadılmasından danışılır:

«Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi «Sevil» MMC-də qəfil yoxlamalara başlayıb, şirkət qapadılıb. Bir qədər əvvələ qədər KİV-lərdə sürəkli şəkildə reklamı yayılan şirkətin Masazırdakı «Sevil Massivi Yaşayış Kompleksi»ndə də işlər dayandırılıb.

Şirkətin facebookdakı səhifəsi qapadılıb, əlaqə telefonları - 055 289-50-02 nömrəli mobil telefon söndürülüb, baş ofisdəki 012 347-22-00 nömrəsinə də cavab verilmir.

Redaksiyamıza daxil olan məlumatlarda MMC rəhbəri Aynur Zeynalovun ölkədən qaçdığı, iş icraçılarının və satış menecerlərinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə aparıldığı da vurğulanırdı.

Massivin girişindəki postda qarşımızı kəsən mühafizəçilər müştəriləri içəri buraxmamaq haqda əmr aldıqlarını dedilər. Onlar massivdən ev almaq üçün ödəniş etmiş müştərilərə «içəridə polislər doludur, Vergilər Nazirliyi yoxlama aparır, olmaz» deyib, massivin girişindən geri qaytarırlar.

«Sevil» MMC-nin baş ofisinin giriş-çıxış qapıları bağlı idi. Qapılara üzərində «Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi. Zərflər üçün» sözləri yazılan möhür vurulmuşdu.

Baş Prokurorluğun mətbuat xidmətinə «Sevil» MMC-dəki yoxlamaların səbəbi haqda sorğu verilib. Xidmət rəhbəri Eldar Sultanov sorğuya belə cavab verib: «Baş Prokurorluq «Sevil» MMC ilə bağlı hər hansı bir şərh vermir».

XS
SM
MD
LG