Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:45

Bakı ilə Yerevan arasında yenə də üçüncü tərəfin vasitəçiliyinə ehtiyac var


Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi
Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi

Azərbaycanın işğal altında olan ərazilərində baş verən yanğınların aradan qaldırılmasında Bakı ilə Yerevanın əməkdaşlığını təklif edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bildirir ki, tərəflər onun təklifinə maraq göstərirlər. Cənab Semnebi «Azadlıq» radiosuna verdiyi eksklüziv müsahibəsində əlavə edir ki, neçə illərdi münaqişədə olan bu ölkələr üçün əməkdaşlıq çox çətindir. Amma aralarındakı münaqişəyə baxmayaraq hər iki tərəf ciddi problem qarşısında olduğunu başa düşüb məsələnin həllində birgə işləməlidir.


Artıq həm Bakıdan, həm də Yerevandan yanğınların aradan qaldırılmasında əməkdaşlıq təklifinə razılıq səslənib. Bu əməkdaşlığın mexanizmləri barədə suala cavabında təklifin müəllifi olan cənab Semnebi bunları bildirdi: «Yanğın bu il baş verib və uzun müddət diqqət mərkəzində olub. Bu da onu göstərir ki, həm yanğın problemi, həm də ölkələr arasındakı digər problemlərin həllində artıq çox ciddi danışıqlara başlamaq lazımdır. Mən ümid edirəm ki, gələn yaya qədər bu problem öz həllini tapacaq. Sözsüz ki, iki ölkə arasında münaqişənin həllinə də ümid edirəm. Həmin münaqişə aradan qaldırılmayınca bu cür kiçik problemlərin həlli də çətinlik yaradır. Lakin hətta, ölkələr arasında münaqişə həll edilmədən də yanğın məsələsində hansısa addımlar atılmalıdır».


Avropa Birliyinin Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi güman edir ki, yanğınların nəticələrinin aradan qaldırılmasında da Bakı ilə Yerevan arasında əməkdaşlığın qurulmasında üçüncü tərəfin vasitəçiliyinə ehtiyac olacaq.


XS
SM
MD
LG