Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:54

Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin təşviqat kampaniyası başladı


Avqustun 7-si səhər saat 8-dən bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin seçkiqabağı təşviqatına start verilib. Mərkəzi Seçki Komissiyasının (MSK) Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev bildirir ki, bu kampaniya Seçki Məcəlləsinin tələbinə uyğun olaraq səsvermə müddətinə 24 saat qalmış – yəni oktyabrın 5-i səhər saat 8-də başa çatacaq.


Cənab Sarıyevin sözlərinə görə, seçkilərdə iştirak etmək istəyən 4600-dən çox şəxsin namizədliyi qeydə alınıb. Namizədlər arasında 20 siyasi partiyanın təmsilçisi var.


Bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə təkrar, əlavə, yeni və ilk dəfə seçkilər keçiriləcək.


1942 nəfər yeni bələdiyyə üzvü seçilməlidir.


Azərbaycanda ilk bələdiyyə seçkiləri 1999-cu ildə keçirilib.


XS
SM
MD
LG