Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:37

Məhkəmə «24 saat» qəzetini cərimələdi


Avqustun 11-də Nəsimi Rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin (DİN) «24 saat» qəzetinə qarşı iddiası üzrə nişrin və baş redaktorun ayrı-ayrılıqda 500 yeni manat cərimə olunması haqqında qərar çıxarıb.


DİN «24 saat» qəzetini həqiqətəuyğun olmayan yazı dərc etməsi iddiası ilə məhkəməyə vermişdi.


Bir müddət əvvəl «24 saat» qəzetində Ramil Usubovun ölkəni tərk etməsi ilə bağlı məqalə dərc olunmuşdu.


«24 saat» qəzetinin DİN-ə qarşı işgüzar nüfuza xələl gətirilməsiylə bağlı qaldırdığı qarşılıqlı iddianı isə məhkəmə təmin etməyib. Qəzet rəhbərliyi məhkəmənin qərarından apelyasiya şikayəti verəcəyini bildirib.



XS
SM
MD
LG