Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:44

Hacı Məmmədovun məhkəməsi avqustun 21-də davam edəcək


Avqustun 14-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun və təqsirləndirilən 26 nəfərin məhkəmə prosesi bir həftəlik təxirə salınıb. Hakim Əli Seyfəliyevin məhkəmə iclasında verdiyi məlumata görə, Respublika Baş Prokurorluğu «Monitor»jurnalının sabiq baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı açılmış cinayət işində Musa Dabuyev, Fərhad Məmməbəyov, Malik Məmmədov və Nizami Abdullayevin dindirilməsi üçün icazə verilməsini istəyib. Hakim Əli Seyfəliyevin sözlərinə görə, Hacı Məmmədovun ötən həftənin sonu Elmar Hüseynovun qətli ilə bağlı istintaqa verdiyi ifadə adı çəkilən şəxslərin də istintaqda dindirilməsinə zərurət yaradıb.


Məhkəmə avqustun 21-də davam edəcək. Hacı Məmmədov və onun rəhbərlik etdiyi bildirilən 26 nəfərlik dəstə adam oğurluğunda və qətllər törətməkdə günahlandırılırlar.


XS
SM
MD
LG