Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:48

«Elmar Hüseynov» Fondu və Fərhad Əliyevin vəkilləri prezidentə müraciət etdi


«Elmar Hüseynov» Fondu və hazırda həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin vəkilləri prezidentdən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı istintaqa ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) da cəlb edilməsini xahiş edirlər. Prezident İlham Əliyevə ünvanlanan birgə müraciətdə onlar bildirirlər ki, FTB-nin bu istintaqa cəlb edilməsi jurnalistin qətliylə bağlı bir çox suallara aydınlıq gətirərdi.


Avqustun 18-də keçirdikləri mətbuat konfransında «Elmar Hüseynov» Fondunun həmtəsisçisi Şahbaz Xuduoğlu bildirdi ki, jurnalist Elmar Hüseynovu da keçmiş nazir Fərhad Əliyevin sifarişi ilə Hacı Məmmədovun öldürmələri barədə məlumatlara cəmiyyətdə şübhələr var. Fərhad Əliyevin özü də Hacı Məmmədovun iddialarını rədd edir.


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və qətllərdə günahlandırılan Hacı Məmmədov iyulun 25-də keçirilən məhkəməsində keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə Elmar Hüseynovu da öldürdüklərini söyləmişdi. Hazırda Elmar Hüseynovun qətlini araşdıran Milli Təhlükəsizlik Nazirliyi və Respublika Prokurorluğu Hacı Məmmədovu məhkəmədə söylədiyi bu iddialara görə yenidən dindirir.


XS
SM
MD
LG