Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:50

Bir sıra obyektlərin özəlləşdirilməsinə dair fərman imzalanıb


Prezident İlham Əliyev bir sıra səhiyyə, təhsil, idman və mədəniyyət obyektlərinin özəlləşdirilməsinə dair fərman imzalayıb. Özəlləşdirmə üçün açıq olan müəssisə və obyektlərin siyahısı fərmana əlavə olunub. Sözügedən obyektlərin özəlləşdirilməsinə yerli investorlarla yanaşı, xaricilər də buraxılır.


Sənəddə deyilir ki, Respublika Stomatoloji Mərkəzi, Qaradağ rayonu 3-cü birləşmiş uşaq xəstəxanası, Bakı Şəhər Göz Xəstəxanası, Səhiyyə Nazirliyi yanında Diaqnostika Mərkəzi, təsərrüfat hesablı Respublika Uroloji Xəstəxanası, Təhsil Nazirliyinin uşaq bağçaları və körpələr evləri, Sumqayıtda «Polad» idman kompleksi, Gəncədə «Metallurq» idman kompleksi, Gədəbəydə idman kompleksi özəlləşməyə açılır. «Azərbaycan» və «Araz» kinoteatrları da özəlləşdiriləcək. Amma bütün bu müəssisələr özəlləşdiriləndən sonra da profillərini saxlamalıdırlar.

XS
SM
MD
LG