Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:37

İqtisadi İnkişaf Nazirliyinin sabiq rəsmisi intihar edib


Respublika Prokurorluğunun məlumatına görə, avqustun 24-də İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın İnkişafı Departamentinin sabiq rəhbəri Əlihüseyn Şalıyev Ədliyyə Nazirliyinin müalicə müəssisəsində intihar edib. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev bildirir ki, mərhum üç gün əvvəl həmin müalicə müəssisəsində əməliyyat olunub, özünü yaxşı hiss edirmiş: «Saat 7 radələrində o, damarını kəsməklə özünə qəsd edib, müalicə müəssisənin əməkdaşları ona yardım göstərmək istəsə də, mümkün olmayıb. Baxış zamanı hadisə yerindən ülgüc və Əlihüseyn Şalıyev yazdığı ehtimal edilən məktub tapılıb. Məktubda ölümündə kənar şəxsin əli olmadığı yazılıb».


Cənab Əliyev deyir ki, bu hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi qaldırılıb. Hələlik Əlihüseyn Şalıyevin yaxınları və ya vəkillərinin onun ölümü ilə bağlı fikirlərini öyrənmək mümkün olmayıb.


Əlihüseyn Şalıyev Cinayət Məcəlləsinin mənimsəmə, israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələriylə ittiham olunurdu. O, 2005-ci ilin oktyabrında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin həbsindən sonra məsuliyyətə cəlb edilmişdi.


XS
SM
MD
LG