Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:41

Hacı Məmmədov: «Qrup məsələsi düşünülmüş şəkildə ortaya atılıb»


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edir. Sentyabrın 13-ü Hacı Məmmədov bir gün əvvəl təqsirləndirilən Aslanbek Çintamirovun onun Azərbaycan və Rusiya vətəndaşlarından ibarət azadlıqda olan daha bir ehtiyat dəstəsinin mövcudluğu barədə dediklərinə aydınlıq gətirib. Bu barədə danışmaq fikri olmadığını deyən Məmmədov bildirib ki, «qrup məsələsi düşünülmüş şəkildə ortaya atılıb. Bu, məhkəmənin yeni mərhələsidir. Aslanbeki o qədər çaşdırmısınız ki, onun bundan sonra nəsə danışacağı ağlabatan deyil».


Hacı Məmmədov qrup barədə Aslanbek Çintamirova konkret heç nə demədiyini də bildirib: «Aslanbekə demişəm ki, ola bilər səni başqa uşaqlarla kənara göndərim. Ancaq bu o demək deyil ki, mən onu kriminal dalınca göndərirdim. Bəlkə mən onu tərəvəz aparmağa göndərəcəkdim».


Keçmiş baş əməliyyat müvəkkili istintaq zamanı və məhkəmədə konkret məsələlərə laqeyd münasibət bəslənildiyindən, medianın da bütün bunlarla maraqlanmamasından hiddətləndiyini, haqqında danışılan qrupun prosesə dəxli olmadığını bildirib.


Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG