Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 02:25

«Wikipedia»da «Bir erməni, bir məqalə» kampaniyası - Mətbuat icmalı


-

Newsweek jurnalı yazır ki, Ermənistan Wikipedianın gücündən yararlanmaq istəyir.

Ermənistan Wikipedia vasitəsilə ermənilərin mədəniyyətinə, tarixinə və dilinə diqəti cəlb etmək istəyir.

Ermənistan hökumətinin bunu necə etmək istəməsi də maraqlıdır.

Ermənistan hökuməti hər bir ermənidən xahiş edir ki, Wikipediaya bir məqalə yazsın.

Jurnal yazır: Ermənistan göstərmək istəyir ki, Ermənistanda Eurovision mahnı müsabiqəsindən və Kardashian tayfasından kənar şeylər də var.

“Bir erməni, bir məqalə” kampaniyasını jurnalistlər. nazirlər, musiqiçilər və başqaları aparmalıdır.

Kampaniya üçün çəkilmiş video klipdə Ermənistanın təhsil naziri Armen Ashotyan deyir: “ bir erməni, bir məqalə - mən bunu edəcəyəm və əminəm ki, siz də edəcəksiniz”.

Hətta Ermənistanın müdafiə naziri Seyran Ohanyan da deyir ki, Ermənistan ordusu haqda məqaləni artıq yazıb.

Newsweek yazır ki, bu kampaniyada bir problem var, o da dildir. Xaricdə yaşayan ermənilər erməni dilinin şərq dialektini yaxşı anlamırlar. Ermənistanda məhz bu dailektdə danışırlar.

Dünya erməniləri üçün əsas dil isə erməni dilinin qərb dialektidir. UNESCO da məhz bu dialekti erməni dili kimi tanıyıb.

Jurnal yazır ki, Wikipediada erməni dilində 400 min məqalə var. Ermənistan “bir erməni, bir məqalə” kampaniyası ilə qonşu Gürcüstanı və Azərbaycanı Wikipedia meydanında ötüb, keçmək istəyir.

XS
SM
MD
LG