Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 05:33

De Waal: «Tərəflərin bir-birinə etimadı sıfırdır»


-

Beynəlxaql Sülh Üzrə Karnegi Fondunun Rusiya və Avrasiya Proqramında Cənubi Qafqaz üzrə ekspert Thomas de Waal Dağlıq Qarabağda və Azərbaycan-Ermənistan sərhəddində son döyüşlər barədə Azadlıq Radiosuna deyir:

“Ümumiyyətlə, belə hadisələrdə biri başlayır, o birisi cavab verir. Bir neçə belə insidentdən sonra artıq bilinmir kim təcavüzkardır, kim yox. Çünki reallıqda hər iki tərəf təcavüzkardır”.

Thomas de Waalın fikrincə, hava şəraiti də rol oynayır. O deyir ki, qış ayları sakit keçir. Yaz, yaya gələn kimi vəziyyət pisləşir.

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə keçən ilin noyabarında görüşüb. Ancaq Thomas de Waal hesab edir ki, sülh perspektivləri vədedici deyil.

O deyir: “masanın üstündə sənəd var. Ancaq tərəflərin bir-birinə etimadı sıfırdır. Sülh prosesinin müəyyən işartısı var. Ancaq indiki məqamda onun məzmunu dolğun deyil. “

Thomas de Waal Azərbaycanın geniş miqyaslı hərbi əməliyyata başlayacağına inanmır. Onun fikrincə, Azərbaycan belə hərbi durumda deyil.

Thomas de Waalın fikrincə, Azərbaycan münaqişədə Rusiyanın roluna göz qoymaqda davam edir.

Ekspert onu da deyir ki, “kiçik sabitsizlik onlara sərf edir. Ancaq böyük hərbi münaqişə onların başında çatlaya bilər. Çünki Ermənistan-Rusiya münasibətləri hazırda nisbətən bir qədər güclüdür”.

Thomas de Waalın fikrincə, ən pisi vəziyyətin gərginləşməsidir. Cəbhə xəttində tələfat arta bilər.

Ekspert xatırladır ki, son illər ayda 2-3 hərbçi ölürdü. “Ölənlərin sayı ayda 20 olsa, bu, kifayət qədər pis olacaq”.

XS
SM
MD
LG