Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 21:54

Fərhad Məmmədbəyov: «Hacı həmişə deyirdi ki, «yuxarıda» adamımız var»


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenanat Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edir.


Sentyabrın 25-də baş tutan prosesdə 15 epizod üzrə təqsirləndirilən Fərhad Məmmədbəyov dövlət ittihamçısının, zərərçəkənlərin və onların nümayəndələrinin suallarını cavablandırdı. Özünü yalnız bir epizod üzrə təqsirli bilən Məmmədbəyov istintaqdakı ifadələrini məcburiyyət qarşısında imzaladığını bildirdi. O, Hacı Məmmədovun DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirova «Qarabulaq» istirahət mərkəzində ev tikidiyini desə də, dəstənin həyata keçirdiyi əməliyyatlardan ona çatan pulu kimin verdiyini bilmədiyini söylədi: «Hacı həmişə deyirdi ki, «yuxarıda» adamımız var, tez-tez də Zakirin adını çəkirdi». Fərhad Məmmədbəyov Zakir Nəsirovun əməliyyatların planlaşdırılmasında iştirak etməsi barədə heç nə bilmədiyini, Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın oğurlanmasının əleyhinə olduğunu da dedi: «Ancaq Hacı mənə dedi ki, bu, sənlik deyil».


Proses davam edir.


Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG