Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 04:38

Əkrəm Əylisli: “Mən Türkiyəyə başqa məqsədlə gəlmişəm"


"Daş yuxular"ın çapından sonra Ə.Əylislinin Gəncədə yandırılan kitabı, yanvar, 2013
"Daş yuxular"ın çapından sonra Ə.Əylislinin Gəncədə yandırılan kitabı, yanvar, 2013

-

Son günlər bəzi saytlarda “Daş yuxular” romanının müəllifi, yazıçı Əkrəm Əylislinin Azərbaycandan qaçması barədə xəbərlər yayılıb.

Yazıçı Azadlıq Radiosunun “Oxu zalı”na açıqlamasında deyib ki, onun guya Türkiyənin Marmaris şəhərinə köçməsi haqda xəbərlər “ağ yalandır”:

“Mən heç yerə qaçmamışam. Türkiyəyə nəvələrimi görməyə gəlmişəm. Istirahət edirəm. Avqustun 28-də vətənə qayıdacam”.

Ə.Əylisli bildirib ki, “Daş yuxular”ın çapından sonra ailəsinə təzyiqlər başlayanda bir neçə ölkədən ona sığınacaq təklif edilmişdi. Amma o həmin təklifləri qəbul etməmişdi.

Təxminən il yarım əvvəl Rusiyanın “Drujba narodov” jurnalında çap edilən “Daş yuxular” Azərbaycanda böyük qalmaqala səbəb olmuş, yazıçı erməni-azərbaycanlı konfliktinə birtərəfli yanaşmaqda suçlanmışdı. Ə.Əylislinin özü isə bu iddiaları rədd etmiş, romanda həmvətənlərini alçaltmadığını, əksinə yüksəltdiyini demişdi.

XS
SM
MD
LG