Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:43

Amerikalı həmsədr Soçi görüşündən gözləntilərini açıqladı


James Warlick
James Warlick

-

«Qarabağ münaqişəsi artıq dondurulmuş münaqişə deyil».

Bunu «Amerikanın Səsi» radiosuna müsahibəsində ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick deyib.

Həmsədr Soçidəki görüşü Azərbaycan və Ermənistan arasındakı gərginliyi yumşaldacaq birinci addım sayır:

«İndiki vəziyyət bizi çox narahat edir, dərhal vəziyyəti yumşaldacaq addımların atılmasına ehtiyac var. Soçidə prezidentlərin görüşünü gərginliyin azaldılması yolunda birinci addım saymaq olar. Biz ümid edirik ki, bu görüş Azərbaycan-Ermənistan sərhədindəki qarşıdurmaları, müsbət inkişafa mane olan təxribat dolu bəyanatları dayandıracaq».

James Warlick deyib ki, özünün sərhədində böyük problemləri olan Rusiya bütün hallarda yeni münaqişənin qızışdırılmasında maraqlı deyil. Rusiyanın Azərbaycana silah satması barədə suala isə həmsədr belə cavab verib:

«Rusiyanın istənilən ölkə ilə iqtisadi əlaqələr qurmaq hüququ var. Bu, heç bir şəkildə Rusiyanın sülh danışıqları ilə bağlı səmərəli iş aparmasına mane olmur. Lakin sülhün əldə olunması üçün ən böyük səyi Azərbaycan və Ermənistandan göstərməlidir».

Avqustun 10-da Rusiyanın Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentləri - İlham Əliyev və Serzh Sarkisian-ın görüşü nəzərdə tutulub. Görüşün təşəbbüskarı Rusiya prezidenti Vladimir Putin-dir.

ATƏT Minsk Qrupunun həmsədrləri görüşlərə qatılmayacaqlar.

İyulun 31-dən bəri Azərbaycan-Ermənistan sərhədində və qoşunların təmas xəttində atəşkəs ardıcıl olaraq pozulur, hər iki tərəf itki verir, yaralananlar var. Yerli və xarici ekspertlər Qafqazda yeni müharibə təhlükəsindən yazırlar.

XS
SM
MD
LG