Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:42

Tarkovsky-in sevimli filmləri -SİYAHI


Andrei Tarkovsky
Andrei Tarkovsky

-

Böyük rus rejissoru Andrei Tarkovsky-nin filmlərini sevdiyini bir çox tanınmış insan dilə gətirib. Bəs onun özü hansı filmləri sevib.

Ən çox İsveç rejissoru İngmar Bergman-ın filmlərini. Tarkovsky öz sevimli filmləri siyahısına Bergman-ın 3 şedevrini daxil edib. Maraqlıdır ki, Bergman da Tarkovsky heyranı idi.

İlk üçlükdəki filmlərin hamısı din, inam, tanrı mövzusundadır. Tarkovsky-nin özünün də yaradıcılığından qırmız xətt kimi keçən mövzuda.

Beləliklə Tarkovsky-nin onluğu:

Kənd keşişinin gündəliyi (Robert Bresson, 1951)

Fransanın şimalındakı prixodların birinə seminariyanı yenicə bitirmiş keşiş gəlir. Planları çox olsa da, xəstəlikləri buna mane olur. Üstəlik də o, insanların öz həyatlarında dəyişiklik etmək həvəsində olmadıqlarını görür. Keşiş həm zəif bədənini saran xəstəliklərə güc gəlməli, həm də insanların könlünü-ruhunu fəth etməlidir…

Winter Light (Ingmar Bergman, 1963)

(“Winter light” qış işığı kimi tərcümə edilir, rusca isə film “Priçastiye” adıyla yayınlanıb)

Filmdəki hadisələr bir gündə baş verir. Arvadı sağ olanda qoca keşişin allaha olan kövrək inamını qırılmağa qoymurdu. Dindar insanlar da ona inanır, etibar edirdi. Amma arvadı öləndən sonra keşiş tək-tənha qalır və allaha inamını itirməyə başlayır, hətta ayinləri də candərdi icra edir…

Nazarin (Luis Buñuel, 1959)

Nasario ata katolik keşişidir. Kasıb məhəllədə mehmanxanada yaşayır. O qədər rəhmdil insandır ki, otağını yaran oğrulardan da şikayət etmir. O hətta rəfiqəsini öldürmüş və polisdən gizlənən fahişəyə də evində sığınacaq verir. Amma bunun üstü açılır və hər şeyini itirən keşiş sadə insan paltarı geyib sərkərdan həyata başlayır…

Tarkovsky-nin siyahısındakı başqa filmlər:

Çiyələk talası (Ingmar Bergman, 1957)

Böyük şəhərin işıqları (Charlie Chaplin, 1931)

Ugetsu (Kenji Mizoguchi, 1953)

Yeddi samuray (Akira Kurosawa, 1954)

Persona (Ingmar Bergman, 1966)

Muşett (Robert Bresson, 1967)

Qum içində qadın (Hiroshi Teshigahara, 1964)

Tarkovsky-nin siyahısında sovet filmləri yoxdur. Bu da yəqin ki onun əsl kino sənətinin Sovetlər ölkəsinin sərhədlərindən kənarda mövcudluğuna inamı ilə bağlı idi...

Hazırladı Rövşən

XS
SM
MD
LG