Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 22:48

Rəsul Cəfərov: «2-3 ildir tutulmağımı gözləyirdim»


Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov
Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov

-

Həbsdə olan hüquq müdafiəçisi Rəsul Cəfərov Kürdəxanı təcridxanasından AzadlıqRadiosunun suallarını cavablandırır. Avqustun 2-də üç aylıq həbs olunan Rəsul Cəfərov vergidən yayınma, səlahiyyət həddini aşma və qanunsuz sahibkarlıq fəaliyyətində ittiham olunur.

Həmkarları və insan haqları təşkilatları Rəsul Cəfərovun siyasi motivlərlə həbs edildiyini bildirirlər.

– Tutulmağınız nə dərəcədə gözlənilən idi?

– 2-3 ildir tutulmağımı gözləyirdim. Bu illər ərzində hakimiyyəti narahat edən layihələr həyata keçirmişəm. 2012-ci il Avrovizion mahnı yarışmasında təşkil etdiyim «Sing for Democracy» kampaniyası hakimiyyəti daha çox narahat edirdi. Bu ərəfələrdə çoxları yarızarafat, yarıgerçək nə vaxt tutulacağımı soruşurdu. Artıq, bu baş verdi.

– Sizə qarşı irəli sürülən ittihamlar barədə nə deyə bilərsiniz?

– İttihamlar tamamilə qanunsuz və əsassızdır. Hər kəs bilir ki, çalışdığım İnsan Haqları Klubu fəaliyyətinin ilk günlərindən hakimiyyətin hücum, təhqir və qarayaxmalarına məruz qalıb. Təşkilatımız qanunsuz olaraq dövlət qeydiyyatına alınmadı. Bu yolla layihələrimizin icrası zamanı problemlər yaradıldı. Mənə qarşı irəli sürülən ittihamlar da təşkilata qarşı təzyiqlərin davamıdır.

– Təcridxanada özünüzə necə təskinlik verirsiniz?

– Hər şey öz axarı ilə gedir. Çoxlarının gözlədiyi kimi darıxmıram burada. Günüm kitab oxumaq, müdafiəmlə bağlı qeydlər aparmaq, kamera yoldaşlarımla söhbətləşmək və ya intellektual oyunlar oynamaqla keçir. Əminliklə deyirəm ki, həbsimə tam hazır idim.

– Fəaliyyətinizə tənqidi yanaşsanız, nə deyərdiniz?

– Özümüzə qarşı əsas iradım odur ki, hakimiyyətlə əməkdaşlıq edən şəxslərdən tamam üz döndərməmişik. Fəaliyyətimizi genişləndirmək istəyimiz barədə həm onlar və həm də təbii ki, hakimiyyət həmişə məlumatlı olub. Bu, nəticədə mənim həbsimə, işlərimizin müvəqqəti dayanmasına gətirib çıxardı.

XS
SM
MD
LG