Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:34

Natiq Ədilovu Gürcüstana buraxmırlar


Natiq Ədilov
Natiq Ədilov

-

BAKIYA QAYIDIR

Gürcüstana buraxılmayan Natiq Ədilov Bakıya qayıdır.

Bu haqda AzadlıqRadiosuna onunla birlikdə olan AXCP üzvü Ramil Carçılı məlumat verib:

«Natiq Ədilov gömrükdən zəng edib Gürcüstana buraxılmadığını bildirdi. Mən də avtomobillə gedib, onu Qazaxa gətirdim. Təhlükəsizlik məqsədilə telefonları söndürmüşdük. Buna görə dostlarımızda narahatlıq yaranıb. Hazırda Natiq bəy Bakıya gəlir».

TELEFONUNA ZƏNG ÇATMIR

Sentyabrın 8-də AXCP mətbuat xidmətinin rəhbəri, «Azadlıq» qəzeti və «Azərbaycan Saatı» proqramının əməkdaşı Natiq Ədilov Gürcüstana getmək istəyərkən «Sınıq körpü» gömrük postundan buraxılmayıb. Bu haqda AzadlıqRadiosuna partiyanın Qazax rayon şöbəsinin sədri Sabir Mikayılov məlumat verib.

Şöbə sədrinin sözlərinə görə, Gürcüstana buraxılmayan Natiq Ədilov bir neçə yerli cəbhəçinin dəvəti ilə Qazax rayonuna yola düşüb. Bir müddət sonra isə onlarla əlaqə kəsilib.

Sabir Mikayılov deyir ki, bir neçə saatdır nə Natiq Ədilov, nə də onunla birlikdə olan digər cəbhəçilərin telefonuna zəng çatır, ona görə onların saxlanıldığını ehtimal edirlər:

«EHTİMAL EDİRİK Kİ, ONLARI SAXLAYIBLAR»

«Natiq bizim üzvlərimizdən birinə zəng vurub, bildirib ki, onu gömrükdən buraxmayıblar. Həmin üzvümüz də gedib gömrüyə, onunla görüşüb. Gömrükdən mənə zəng vurub dedi ki, Natiqi avtomobillə götürüb, rayona, evlərinə aparır. Bundan sonra bir neçə saatdır ki, nə Natiqə, nə də onun yanında olan digər şəxslərə zəng çatır. Ehtimal edirik ki, rayona getmək istəyərkən onları saxlayıblar».

Qazax Rayon Polis Şöbəsindən AzadlıqRadiosuna Natiq Ədilov və digər AXCP üzvlərinin saxlanmasından xəbərsiz olduqlarını bildirdilər.

Bir müddət əvvəl Natiq Ədilovun qardaşı Murad Ədilov həbs olunub. O, narkotik ittihamı ilə saxlanıb. Natiq Ədilov qardaşının şərlənərək həbs olunduğunu, bunun qardaşıyla özünün siyasi fəaliyyəti ilə bağlı olduğunu deyib.

XS
SM
MD
LG