Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:50

Vəkilləri Leyla Yunusun taleyindən narahatdırlar


Leyla Yunus
Leyla Yunus

-

Vəkilləri həbsdə olan hüquq müdafiəçisi Leyla Yunusla bağlı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, sentyabrın 22-də vəkil Xalid Bağırov təcridxanaya gedərək Leyla Yunusla görüşmək üçün tələbnamə verib. Nəzarətçilər isə Leyla Yunusun xəstə olduğunu və görüşə gəlmək istəmədiyini bildiriblər.

Açıqlamada daha sonra deyilir ki, deyilənlərin doğruluğuna əmin olmaq üçün vəkilin Leyla Yunusla telefonda danışmaq istəyinin də rədd edilməsi onlarda ciddi narahatçılıq yaradıb:

«Bildiririk ki, Leyla Yunusun saxlandığı kamerada yaranmış son situasiyalar fonunda onun vəkillə görüşə gətirilməməsi, telefonla əlaqə saxlamasına imkan verilməməsi bizdə qeyri-müəyyən fikirlər və narahatçılıq yaradır. Aidiyyəti orqanların bu məsələyə aydınlıq gətirməsini, Leyla Yunusun tez bir zamanda müdafiəçiləri ilə təmasının bərpa edilməsini tələb edirik».

Bəyanatı vəkillər - Xalid Bağırov, Fariz Namazlı, Cavad Cavadov və Əlayıf Həsənov imzalayıb.

Bundan əvvəl Leyla Yunus bir neçə dəfə təcridxanadan mətbuata məktub yazaraq bildirib ki, kamera yoldaşı Nuriyə Hüseynova ona xəsarət yetirir, psixoloji təzyiq göstərir.

Öz növbəsində, Penitensiar Xidmət Leyla Yunusun saxlanma şəraitinin yaxşı olduğunu iddia edir və ona qarşı fiziki və mənəvi təzyiq faktlarını təkzib edir.

Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusov Ermənistanın xeyrinə casusluqda, vergi ödənişindən yayınmaqda ittiham edilərək həbs ediliblər. «Amnesty International» onları «vicdan məhbusu» kimi tanıyıb.

XS
SM
MD
LG