Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:51

Elmar Məmmədyarov AŞPA-da çıxış edib


Elmar Məmmədyarov
Elmar Məmmədyarov

Oktyabrın 2-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Strasburqda AŞPA-nın payız sessiyasında çıxışa başlayıb. Onun çıxışı Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.

Çıxışdan qabaq iclasa sədrlik edən AŞPA prezidenti Anne Brasseur deyib ki, Azərbaycanda son həbslər dərin narahatlıq yaradır.

“Sədrlik hələ başa çatmayıb. İslahatlar həyata keçirilə bilər. Ümid edirəm ki, gərəkən addımlar atılacaq,” Brasseur bildirib.

Elmar Məmmədyarov çıxışa başlayan kimi zalda etiraz səsləri eşidilib. Anne Brasseur zalda sakitliyə çağırıb.

Məmmədyarov çıxışına Ukraynadakı böhrandan başlayıb. O deyib ki, Nazirlər Komitəsi sentyabrın 5-dəki atəşkəs sazişini alqışlayır.

Elmar Məmmədyarov deyib ki, korrupsya ilə mübarizə onun ölkəsinin prioritetidir.

Məmmədyarov Nazirlər Komitəsinə sədrlik çərçivəsində sentyabrda keçirilən dini tolerantlıq konfransını xatırladıb. Nazir Azərbaycanın dini tolerantlıq göstəricilərinə görə öndə gedən olduğunu bildirib.

4-cü Beynəlxalq Humanitar Forumundan danışan Məmmədyarov deyib ki, bu mötəbər tədbirə dünyanın bir çox ölkələrindən alimlər, dövlət xadimləri qatılır.

İnternetə hər hansı qadağa, sui-istifadə halları yoxdur, nazir deyib.

Məmmədyarov çıxışında insan haqları pozuntularına dair beynəlxalq tənqidlərə cavab verməyib, eləcə də ölkədə fundamental azadlıqların necə qorunmasından danışıb.

“Sizi əmin edirəm ki, gələn ay sədrliyimiz başa çatandan sonra əməkdaşlığı davam etdirəcəyik,” o, deyib.

İspaniyadan olan deputat Pedro Agramunt iyulda Dağlıq Qarabağda nə baş verdiyini, Rusiyanın həmin əraziyə əsgər göndərib-göndərmədiyini soruşub. “Qarabağda nə baş verib?”

Pedro Agramunt insan haqları üzrə məruzəçidir. O, həm də siyasi məhbuslar məsələsini araşdırmalıdır. Maraqlıdır ki, ispaniyalı deputat ölkədəki həbslərlə, beynəlxalq qurumların repressiyaların dayandırılmasına dair çağırışları ilə bağlı sual verməyib.

Elmar Məmmədyarov bu suala cavabında Dağlıq Qarabağ münaqişəsinin tarixindən danışmağa başlayıb.

Deputat Tiny Cox soruşub ki, Azərbaycan prezidenti İlham Əliyevin insan haqlarına dair dəyirmi masa keçirmək təklifindən sonra niyə yalnız həbslər artıb və niyə bu müzakirənin keçirilməsi üzrə iş yubanır.

Nazir Məmmədyarov bunu yay tətilləri ilə izah edib. O, Bakıda iki gün Qurban bayramı olduğunu, gələn həftədən bu məsələ barədə işə başlanacağını deyib.

Rusiyanın Krımı anneksiya etməsinə dair suala cavabında Məmmədyarov Rusiyanın Ukraynanı işğal etdiyini birmənalı deməyib

QHT-lərlə bağlı suala cavabında Elmar Məmmədyarov deyir ki, çox az sayda QHT fəaliyyətində şəffaflıq qaydalarına riayət edir. Qanunvericiliyə dəyişikliklər də hesabatlılığın artırılmasına görədir.

İrlandiyalı deputat Michael McNamara Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və digərlərinin həbsi ilə Avropa Şurasının nüfuzuna necə təsir etdiyini soruşdu.

Məmmədyarov:“Cənab McNamara, biz bu məsələ barədə Bakıda da danışdıq. Sizin və mənim mövqeyin fərqlidir. Siz öz mövqeyinizdə qalın, mən də öz mövqeyimdə. Vəssalam”.

Elmar Məmmədyarovun sual-cavab sessiyası başa çatıb.

XS
SM
MD
LG