Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:40

Həyatı Hollivud filmlərinə bənzəyən adam… [Dinlə]


Məcid Musazadə-- Qarsalanlı
Məcid Musazadə-- Qarsalanlı

-

İz - Həyatı Hollivud filmlərinə bənzəyən adam…
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

Oktyabrın 10-da Məcid Musazadə-- Qarsalanlı 100 yaşına çatır.

Onun həyatı keşməkeşlərlə dolu olub.

5 il öncə ona həsr olunmuş ilk veriliş efirdə səslənəndən sonra dinləyicilərdən biri AzadlıqRadiosunun saytına belə yazmışdı: «Əsl Hollivud filminin ssenarisidir, mənim çox xoşuma gələn «Pianoçu» filminə bənzər film çəkmək olar Hollivudda».Sanki filmə bənzəyir.

Əziz dinləyici! Bu filmi «Azərbaycanfilm» çəkməlidir, axı…

Nə isə, bu başqa bir söhbətin mövzusudur. Mətləbə keçək.

Bu ayın 10-da verilişimizin qəhrəmanı Məcid Musazadə – Qarsalanlının 100 yaşı tamam olur.

«İz»çilər onun 100 illiyinə daha bir veriliş diqqətə yetirir.

AzadlıqRadiosu Məcid Qarsalanlının xatirəsini yaşadır…

Xatırladırıq: Məcid Musazadə – Qarsalanlı

BAKI

1914-cü il oktyabrın 10-da Bakıda doğulub.

Bakı Dövlət Universitetinin Ədəbiyyat fakültəsini bitirib.

Alman dilini yaxşı bilib.

Yenicə açılan Nizami Muzeyində işləməyə başlayıb.

Ailənin yeganə övladı olub.

Evlənib. Toydan bir həftə sonra müharibəyə (1941-45) yola düşüb.

MÜHARİBƏ

Bir il sonra əsir düşüb.

Legionçulara qoşulub.

Legionçuların orqanında – «Azərbaycan» qəzetində mühərrir və baş redaktor çalışıb.

Legionçuların başçısı Əbdürrəhman Fətəlibəyli-Düdənginskinin yaratdığı Milli Birlik Məclisinə qatılıb.

Legionçuların orqanı olan «Azərbaycan» qəzetinin birinci nömrəsi Fuad Əmircanın redaktorluğu ilə çıxmışdı.
Legionçuların orqanı olan «Azərbaycan» qəzetinin birinci nömrəsi Fuad Əmircanın redaktorluğu ilə çıxmışdı.

1943-cü ilin noyabrında Berlində keçirilən Milli Azərbaycan Qurultayının təşkilatçılarından olub.

Qurultayda səslənən «İstiqlal! İstiqlal!» çağırışlarına qoşulub.

İtirilmiş müstəqilliyin bərpası uğrunda mübarizə aparıb.

Müharibədən sonra çıxan «Azərbaycan» jurnalının fəal əməkdaşlarından sayılıb.

1953-cü il martın 1-də ilk adı «Qurtuluş» olan AzadlıqRadiosu yaranandan bir az sonra burada çalışmağa başlayıb.

1956-cı ildə ilk dəfə Azərbaycanın üçrəngli bayrağını Nyu-Yorkda ucaldıb.

Hətta Nyu-Yorkda Ənvər Sultanzadə ilə ilk Amerika-Azərbaycan Cəmiyyəti də yaradıb.

70-ci illərdə radionun Azərbaycan xidmətinə başçılıq edib.

Həmişə vətən həsrətiylə yaşayıb.

SSRİ dağılandan sonra təqaüddə olsa da, yazıb-yaratmaqdan əl çəkməyib.

Ürəyindəki xofu boğa bilməsə də, Azərbaycana gəlmək istəyib.

Son dəfə 1990-cı il mayın 28-də Türk Dünyası Araşdırmaları Vəqfinin Kayseridə düzənlədiyi I Azərbaycan Millətlərarası Konqresinə qatılıb.

Bu konqresdən az sonra – iyunun 17-də 76 yaşında və bir daha vətəni görmədən Almaniyada – Münhendə dünyasını dəyişib...

VƏTƏNDƏ

Vətəndə də faciəli hadisələr baş verib.

Ona ölüm hökmü kəsilib...

Yenicə evləndiyi həyat yoldaşı onun müharibəyə gedişindən 9 ay sonra bir oğul dünyaya gətirib.

Uşaq dünyaya gələndə, Məcid Musazadənin anası təcili yardım çağırmaq üçün küçəyə çıxıb və poçtalyon ona oğlunun ölüm xəbərini gətirib.

Az sonra Məcidin atası da yol qəzasında ölüb.

Tibb İnstitutunda oxuyan həyat yoldaşı institutu atıb tək qalan qaynanasıyla birgə ata evinə – Kürdəmirə pənah aparıb.

KQB basqılarına baxmayaraq 16 il ərə getməyib.

Xalq düşməni sayılan ərinin vətənə dönə bilməyəcəyini və Almaniyada evləndiyini, 2 uşaq sahibi olduğunu biləndən sonra ikinci dəfə ərə getməyə razılaşıb.

Oğul 1989-cu ildə – 48 yaşında atası Məcid Musazadə ilə Almaniyada görüşə bilib.

Bir il sonra Məcid Musazadənin ölüm xəbərini alıb.

Və... 3 il sonra oğul Musazadə də elə yuxudaca bu dünyadan köçüb...

AZADLIQ RADİOSUNDA

Əziz dinləyənlər! Beləliklə, «Bir bayraq əfsanəsi» adlandırdığımız bu «İz» Azərbaycanın müstəqilliyi uğrunda fəal mübariz Məcid Musazadə-Qarsalanlının 100 illik yubileyinə həsr olunur.

Verilişdə Məcid Musazadəni şəxsən tanıyan iki şəxs – Azərbaycan mühacirət tarixinin görkəmli araşdırıcısı, həyatının son illərində onunla dostlaşmış Ramiz Abutalıbov və onu gənclik illərindən tanıyan qohumu (baldızı) Bənövşə Ağamalıyeva xatirələrini danışır.

Məcid Musazadənin Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki yazılarına, məktublarına da nəzər yetirdik. Verilişdə Məcid bəyin 1956-cı ildə Cümhuriyyət bayrağını Nyu-Yorkda necə hazırlatdığını və ucaltdığını öz dilindən səsləndirmişik.

«İz»ə düşün, «İz»dən çıxmayın.

XS
SM
MD
LG