Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 23:48

Azərbaycan filmi Kann festivalında mükafat aldı


Fransa,Kann. Film festivalı. 2014-cü il, 2 oktyabr
Fransa,Kann. Film festivalı. 2014-cü il, 2 oktyabr

-

Bakı Media Mərkəzi (BMM) bu günlərdə Kann şəhərində keçirilən "The Cannes Corporate Media & TV Awards" festivalında Azərbaycanı təmsil edib. Festivala təqdim olunan «Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı» filmi (video-çarx) turizm filmləri kateqoriyasında yarışıb.

Oktyabrın 2-də keçirilən mükafatlandırmada film qaliblər sırasında yer alıb.

"The Cannes Corporate Media & TV Awards" festivalında Gümüş Delfin ("Silver Dolphin") mükafatını qazanan video-çarxın rejissoru Vüqar İslamzadədir.

Film 2014-cü ilin iyun ayında Bakıda keçirilən bədii gimnastikaya həsr olunub.

"The Cannes Corporate Media & TV Awards" festivalı hər il Fransanın Kann şəhərində dünyanın ən yaxşı korporativ filmləri, sənədli onlayn media və TV filmlərini mükafatlandırmaq üçün keçirilir. Bu, Kannda korporativ filmlər üçün keçirilən yeganə festivaldır.

Beynəlxalq festival 2010-cu ildə təsis olunub. Festivalın münsiflər heyəti kimi tanınmış rejissorlar, produserlər, Oskar və Emmi mükafatçıları, kinoekspertlər, korporativ və kütləvi media sahəsinin mütəxəssisləri iştirak edir.

Müsabiqəyə dünyanın hər yerindən korporasiyalar, ictimai əlaqələr üzrə agentliklər, Tv kanallar, produser, multimedia mərkəzləri, film produserləri, filmmeykerlər və tələbələr hazırladığı işlərlə qatıla bilir.

"Gümüş delfin"("Silver Delphin")
"Gümüş delfin"("Silver Delphin")

Festivalın qaliblərinə hər kateqoriya üzrə Qızıl, Gümüş, Qara və Ağ Delfin- Qrand Priz (Gold, Silver, Black and the White Dolphin – the Grand Prix) mükafatı təqdim olunur. Mükafatlandırma hər il oktyabr ayında Kannda, Palm Beach otelində keçirlir.

Rejissor Vüqar İslamzadə bundan öncə 2014-cü ildə Bakıda keçirilən II Bakı Beynəlxalq Turizm Filmləri Festivalında "Reklam filmləri" kateqoriyasında «Ritmik gimnastika üzrə 30-cu Avropa Çempionatı» video-çarxına görə gümüş mükafat qazanıb.

XS
SM
MD
LG